Menu
Geri İrəli

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis müavini təyin olunub

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Dekabr 2013 • Baxış sayı: 483 dəfə • Şərh yoxdur
Sumqayıt Şəhər Polis İdarəsində yeni təyinat olub.

APA-nın məlumatına görə, bir neçə gün əvvəl öz raportu ilə işdən uzaqlaşan idarənin əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Azər Cahangirovun yerinə idarənin xidmət üzrə rəis müavini Süleyman Nemətov təyinat alıb. A.Cahangirovun isə hələlik sərəncamda olduğu bildirilir.

 Qeyd edək ki, bir neçə gün əvvəl Sumqayıt şəhər Polis İdarəsinin rəis müavini A.Cahangirov Daxili İşlər Nazirliyinin rəhbərliyinə raportla müraciət edərək işdən azad edilməsini xahiş edib.

 A.Cahangirovun yerinə təyinat alan S.Nemətov əvvəllər Nəsimi Rayon Polis İdarəsinin rəis müavini vəzifəsində çalışıb. Bu ilin yanvarında o, Sumqayıt Şəhər Polis İdarəsi rəisinin xidmət üzrə rəis müavini vəzifəsinə gətirilib.

suleyman

Facebook Şərhləndirmə:

Şərhinizi yazın