Menu
Geri İrəli

Sumqayıt Şəhər Polis İdarəsinin müvəqqəti saxlanma yeri yoxlanıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Oktyabr 2013 • Baxış sayı: 386 dəfə • Şərh yoxdur

Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Sumqayıt Şəhər Polis İdarəsinin müvəqqəti saxlanma yerinə (MSY), həmin idarənin 1, 2, 3 və 4-cü polis bölmələrinə, Abşeron Rayon Polis Şöbəsinə və bu şöbənin MSY-sinə, habelə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinə baş çəkiblər.

Ombudsman Aparatının mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, bu zaman məhbusların saxlanılma şəraiti və rəftar məsələləri araşdırılıb, bununla bağlı şikayətlər daxil olmayıb. Həmçinin saxlanılan şəxslərə hüquqları izah edilib, MPQ-nin həkim üzvü onların hər birinin səhhəti ilə maraqlanıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın