Menu
Geri İrəli

“Sumqayıt Şəhər” – “Qarabağ” matçının vaxtı dəyişdirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Sentyabr 2011 • Baxış sayı: 160 dəfə • Şərh yoxdur

“Sumqayıt Şəhər” klubunun 3 üzvünün 17 yaşlılardan ibarət Azərbaycan milli yığma komandasının heyətində Almaniyada keçiriləcək təlim-məşq toplanışında iştirak edəcəyini və “Qarabağ” klubunun razılıq məktubunu nəzərə alaraq “Sumqayıt Şəhər” – “Qarabağ” matçının vaxtı dəyişdirilib.

Qol.Az-ın məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev əmr verib.

Qərara əsasən Premyer Liqada çıxış edən komandaların əvəzedici heyətlərinin V turunun “Sumqayıt Şəhər” – “Qarabağ” matçı 10 sentyabr 2011-ci il tarixindən 9 sentyabr 2011-ci il tarixinə keçirilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın