Menu
Geri İrəli

Sumqayıt şəhər sakini Bakıda qəzaya uğradı: ölən və yaralananlar var

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Aprel 2013 • Baxış sayı: 187 dəfə • Şərh yoxdur

Trend Daxili İşlər Nazirliyinin rəsmi məlumatına istinadən xəbər verir ki, aprelin 19-da saat 07.15 radələrində Yasamal rayonu Yeni dairəvi yolda Yeni Zelandiya vətəndaşı Harrold David Mackenzenin idarə etdiyi “Nissan” markalı, Bakı şəhər sakinləriMüslüm Məmmədovun idarə etdiyi “Mitsubishi” markalı, Teymur İmanovun, Hidayət Xəlilovun və Sumqayıt şəhər sakiniSamir Nemətovun idarə etdiyi “Mercedes” markalı avtomaşınlar toqquşub.

Nəticədə xəsarət almış Teymur İmanov, sərnişinləri Təhməz İmanov, Azad Həsənov, Leyla Aşurova, Faiq Nəcəfov, habelə H.Xəlilovun sərnişini – oğlu Qüdrət və M.Məmmədovun sərnişini İlkin İsgəndərov xəstəxanaya yerləşdiriliblər.

Teymur İmanov orada ölüb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın