Menu
Geri İrəli

Sumqayıt şəhər sakini Biləsuvarda qəzaya düşdü

Müəllif: sumqayitxeber.com • Tarix: 23 İyul 2013 • Baxış sayı: 211 dəfə • Şərh yoxdur

Biləsuvar rayonunun Nəsimi kəndi ərazisində kənd sakini Təvəkkül Quliyevin idarə etdiyi “VAZ-2107″ markalı və Nərimankənd kənd sakini Elnur Hüseynovun idarə etdiyi “VAZ-21115″ markalı avtomaşınlar toqquşub. “sumqayitxeber.com” DİN-ə istinadən xəbər verir ki, nəticədə xəsarət almış hər iki sürücü və T.Quliyevin sərnişinləri, Bakı şəhər sakini Mirhəsən Qafarov, Sumqayıt şəhər sakini Fərman Hüseynov və Lerik rayon sakini Ramin Novruzov xəstəxanaya yerləşdirilib, M.Qafarov orada ölüb. Biləsuvar RPŞ tərəfindən araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın