Menu
Geri İrəli

Sumqayıt şəhər sakini: “övladımı öldürmək istəyirlər”

Müəllif: sumqayitxeber.com • Tarix: 30 İyul 2013 • Baxış sayı: 162 dəfə • Şərh yoxdur

Birlik.az saytına bu gün Sumqayıt şəhərindən Orucov Murad adlı bir valideyn zəng edərək bildirib ki, övladımı öldürmək istəyirlər.

Orucov Murad: “uşağın nəzarətçi həkimi olan 10-cu mikrorayonda yerləşən iki saylı qadın məsləhətxanasının həkimi Zülfiyə xanım dedi ki, uşaq 42 həftəlikdir, on aylığa keçib. Həkim deyir ki, bağırsaq uşağın boğazında dolanıb, əməliyyat olmalıdır, bu gün mütləq uşağı götür. Danışın həkim tutun ki, uşağı əməliyyata götürsünlər. Soruşdum ki, xərci nə qədərdir, dedilər ki, 600-800 manatdır. Mən neçə dəfə iki saylı doğum evinə xanımımın yatması üçün müraciət etmişəm deyiblər ki, get bu gün-sabah gəl. Həkimin var, yoxdursa get özünə həkim tut.
Mən başa düşmürəm, həkimi mən təyin etməliyəm yoxsa xəstəxana Pulum olsa, bu dəqiqə əməliyyat edərlər. İşsiz adamam. Qeyd edim ki, uşağımın biri ağır telasemiyadır və mərkəzdə qeydiyyatdadır. Qeyd edim ki, indicə, səhiyyə nazirliyinin qaynar xəttinə şikayət üçün zəng etdim. Bu zaman iki saylı doğum evinin qəbul şöbəsində həkim dedi ki, get kimə istəyirsən şikayət elə. Qaynar xətdən onun adını soruşdular. Lakin həkim öz adını demədi. ”
Məsələ ilə bağlı birlik.az saytı olaraq həmin xəstəxananın həkimləri ilə əlaqə yaratmaq istədik, dedilər ki, məsullardan heç kim yoxdur. Şöbə müdirinin müavini buradadır. Şöbə müdirinin müavini isə nə adını dedi, nə də ki bizə məlumat vermək istədi. Məsələni diqqətdə saxlayacağıq.

İlham
Birlik.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın