Menu
Geri İrəli

Sumqayıt şəhəri Xəzər sahili ərazidə reyd keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Avqust 2010 • Baxış sayı: 197 dəfə • Şərh yoxdur

Yoxalama nəticəsində hüquqi və fiziki şəxslər cərimələnib.

Bakı, 23 avqust, Vasif Həsənli – “Hədəf”. Daxili İşlər, Ekologiya və Təbii Sərvətlər Nazirlikləri (ETSN) əməkdaşları tərəfindən Sumqayıt şəhəri Xəzər sahili ərazidə bərk məişət tullantılarının qanunamüvafiq qaydada idarə olunması vəziyyətini yoxlamaq məqsədilə reyd keçirilib. Bu barədə ETSN-nin mətbuat xidmətindən məlumat verilib.
Sumqayıt-Novxanı dənizkənarı yolunun sağ hissəsində, S.Əliyev və Sahil küçələri ərazilərində tullantıların qalaqlanması və yandırılmasına görə Corat Bələdiyyəsi və Sumqayıt şəhər Təmizlik Departamenti MMC hər biri hüquqi şəxs qismində inzibati qaydada 7 000 manat, “Səma”, “Əl-Əmrah”, “Sahil-1”, “Mirvari”, “Uğur” və “Pəribulağı” iaşə obyektlərinin iş icraçıları N.Əsgərov, A.Mikayılov, N.Əmirov, K.Məmmədov, N.Verdiyev, S.Səfərov və Ə.Zamanov hər biri fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə edilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın