Menu
Geri İrəli

“Sumqayıt Şəhər”in adı dəyişəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Dekabr 2011 • Baxış sayı: 261 dəfə • 2 şərh

Futbol üzrə Azərbaycan Premyer Liqasının debütantı “Sumqayıt Şəhər” adını dəyişdirməyə hazırlaşır. Sumqayıt şəhərinin təmsilçisi 2012-ci ilin yanvar ayından etibarən “Sumqayıt” adlandırılacaq.

Klub prezidenti Kamran Quliyev sözügedən məsələ ilə bağlı bunları deyib: “Premyer Liqanın startı ərəfəsində biz bəzi səbəblərdən klubun adı ilə bağlı istəyimizə nail ola bilmədik. Çünki o vaxt hələ bütün hüquqlar bizdə deyildi. Buna görə də klub elə “Sumqayıt Şəhər” olaraq qaldı. Amma artıq bütün problemlər yoluna qoyulub və 2012-ci ilin əvvəlindən etibarən komandamız “Sumqayıt” adını daşıyacaq. Çünki Sumqayıt futbolu Azərbaycan çempionatlarında məhz bu adla tanınıb, təmsil olunub. Özü də məhz yanvar ayından etibarən bu klub futbol klubu adını daşımağa başlayacaq”.

Facebook Şərhləndirmə:

““Sumqayıt Şəhər”in adı dəyişəcək” yazısına 2 cavab

  1. Tərxan Paşazadə deyir:

    Sumqayıt futbolu Azərbaycan çempionatlarında məhz “Xəzər” adı ilə tanınıb. Heyif o “Xəzər”dən…

  2. Kenan deyir:

    Men futbollari izlemirem.chox komandalarida tanimiram.Amma yadima gelen bir shey varki Sumqayitda Futbol klubunun ne vaxtsa adi Xezer olub. Amma nece oynayiblar,ne nealiyyetleri olub melumatim yoxdur.Umid edek ki, bu klubun ugurlari olacaq Inshallah.

Şərhinizi yazın