Menu
Geri İrəli

Sumqayıt şəhərində bayram coşqusu yaşanır

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Mart 2012 • Baxış sayı: 209 dəfə • Şərh yoxdur
Bu gün Sumqayıt şəhərində böyük xalq coşqusu və sevinc yasanır. Belə ki, bütün sumqayıtlılar Novruz bayranımı qeyd edir. SİA-nın verdiyi xəbərə görə, tədbirin ən maraqlı xüsusiyyətlərindən biri ondan ibarətdir ki, mərasimdə iştirak edən qonaqlar üçün 700 litr tutumu olan samovar hazırlanıb. Eyni zamanda bayram tədbirində 21 metr uzunluğu, 6 metr eni olan  5 ton çəkisində paxlava kəsiləcək. Belə ki, Qafqazda ilk dəfə olaraq məhz Sumqayıtda bu həcmdə paxlava sərgilənir.
Tədbirdə ümumilikdə şəhərin ən fəal gənclərindən ibarət əl işləri qonaqların diqqətinə çatdırılır.
Məlumat üçün bildirək ki, tədbirdə Sumqayıt rayon icra hakimiyyətinin başçısı Eldar Əzizovun da iştirakı gözlənilir.
Tədbirin sonunda müğənnilərin  ifasında musiqi ifaları və möhtəşəm tonqal qalanacaq.
Ceyhun Eyyubov
Facebook Şərhləndirmə:

Şərhinizi yazın