Menu
Geri İrəli

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Fevral 2010 • Baxış sayı: 338 dəfə • Şərh yoxdur

Sumqayıt sakini həyat yoldaşını bıçaqlayıb. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib.

Hadisə ötən gecə qeydə alınıb. Şəhər sakini, 1987-ci il təvəllüdlü Qəmziyyə İsmayılova həyat yoldaşı, 1981-ci il təvəllüdlü Elmir İsmayılov tərəfindən bıçaqlanıb. Xəsarət alan şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən E. İsmayılov tutularaq istintaqa təhvil verilib. İlkin məlumata görə, hadisə qısqanclıq zəmində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın