Menu
Geri İrəli

Sumqayit Şəhərində Fəal Gənclər Və Effektiv Bələdiyyə Xidmətləri Layihəsi həyata keçiriləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Oktyabr 2013 • Baxış sayı: 151 dəfə • Şərh yoxdur

Azərbaycan Respublikasının Prezidenti yanında Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və “Gənclər İnkişaf Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə oktyabr 2013-fevral 2014-cü il tarixlərində “Sumqayıt şəhərində fəal gənclər və effektiv bələdiyyə xidmətləri” layihəsi həyata keçiriləcək. Layihənin başlıca məqsədi Sumqayıt şəhərində bələdiyyə qurumları ilə gənclər təşkilatları və fəal gənclər arasında qəraralma proseslərində əməkdaşlığı gücləndirməkdir. Bu çərçivədə fəal gənclərlə bələdiyyə strukturlarında işləyən gənclərin əməkdaşlığını gücləndirməyi, habelə bu əməkdaşlıq üçün zəruri olan bilik və bacarıqları aşılamağı, bələdiyyə strukturlarında gənclər üçün aktual olan məsələlərlə bağlı strategiyanın və ictimai siyasətin qurulması nəzərdə tutulur. Layihə çərçivəsində fəal gənclər və Sumqayıtın bələdiyyə strukturlarında işləyən gənclərdən ibarət 25 nəfərə  vətəndaş iştirakçılığı, yerli özünüidarəetmə anlayışı, gənclərin bələdiyyə həyatında iştirakının prinsipləri, strateji planlaşdırma, layihə yazılışı, liderlik, ictimai maraqların qorunması və fandreyzinq mövzularında təlim keçirilməsi və hər təlim üzrə 100 broşurun nəşr edilib gənclərə paylanılması planlaşdırılır. Təlimdə iştirak edəcək şəxslərin seçilməsi üçün  http://bit.ly/1gqDw3p  linkində ərizə forması tərtib edilmiş və 06 noyabr 2013-cü ilə qədər ərizələr qəbul ediləcək. Təlimdə iştirak etmək istəyən şəxslər yuxarıda qeyd edilən linkə daxil olub sənədi yükləməli və 4-5-ci səhifələrdəki ərizə formasını dolduraraq qeyd edilən elektron poçt ünvanına göndərməlidir.  Nəzərdə tutulan təlimlərə noyabrın ortalarından start veriləcək.

Layihənin koordinatoru:

İsmayıl Kərimov

e-mail: ismayilkarimov1974@gmail.com

telefon: 050 383 30 72

Facebook Şərhləndirmə:

Şərhinizi yazın