Menu
Geri İrəli

Sumqayıt şəhərində Fövqəladə Hallar Nazirliyinin inzibati binasına bomba qoyulması barədə yalan məlumat verən məktəbli saxlanıb

Müəllif: sumqayitxeber.com • Tarix: 16 İyul 2009 • Baxış sayı: 475 dəfə • Şərh yoxdur
Share Button

Azərbaycanın Sumqayıt şəhərində Fövqəladə Hallar Nazirliyinin (FHN) inzibati binasına bomba qoyulması barədə yalan məlumat verən məktəbli saxlanıb.

Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, bir neçə gün əvvəl FHN-in “112” xidmətinə zəng edən naməlum şəxs nazirliyin Sumqayıt şəhərində yerləşən inzibati binasına partlayıcı qurğu qoyulması barədə məlumat verib. Axtarış tədbirləri nəticəsində məlumat təsdiqini tapmayıb.
Hadisəni araşdıran əməliyyat qrupu anonim zəngin Sumqayıt şəhər sakini Fatimə Mustafayeva adlı qadının mobil telefonundan edildiyini müəyyən edib. Yalan məlumat verən şəxsin isə F. Mustafayevanın 12 yaşlı oğlu, Sumqayıt şəhər 39 saylı orta məktəbin şagirdi Vüsal Tələt oğlu Mustafayev olduğu məlum olub.

V. Mustafayev artıq saxlanılıb və faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki,  bu günlərdə Sumqayıt şəhərində anoloji hadisə baş vermişdi. belə ki, Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edən naməlum şəxs özünü Orxan kimi təqdim edərək Sumqayıt şəhərinin 17-ci mikrarayon ərazisinə bomba qoyulması barədə yalan məlumat vermişdi.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın