Menu
Geri İrəli

Sumqayıt şəhərində kağız emalı sexində kütləvi zəhərlənmə olub, ölən var

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Aprel 2012 • Baxış sayı: 157 dəfə • Şərh yoxdur

Sumqayıt şəhərində kütləvi zəhərlənmə olub. Daxili İşlər Nazirliyinin saytınin verdiyi məlumata görə, hadisə aprelin 25-də Sumqayıt şəhəri “Poladkonstruksiya Quraşdırma” ASC-nin ərazisində baş verib.


Türkiyə vətəndaşı Çengiz Tisin icarə əsasında işlətdiyi kağız emalı sexində, özü və orada fəhlə işləyən Xaçmaz rayon sakini Kamran Məlikməmmədov, Sumqayıt şəhər sakinləri Yalçın Hüseynov, Mais Həmzəyev, Rəvan Səlimov, onun qardaşı, Rahid, Bəylər Qocamanov, Bəxtiyar Əsgərov, Vüqar Salmanov və Mirmehdi Fəttayev kimyəvi maddədən zəhərləniblər.

K.Məlikməmmədov xəstəxanaya aparılarkən yolda ölüb.

Ç. Tisin, Y. Hüseynovun və M. Həmzəyevin vəziyyətləri ağır, M.Fəttayevin vəziyyəti orta-ağır qiymətləndirilir, digərləri isə tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın