Menu
Geri İrəli

Sumqayıt Şəhərində Qızıl Aypara Cəmiyyəti maarifləndirici tədbir həyata keçirib

Müəllif: sumqayitxeber.com • Tarix: 1 İyul 2009 • Baxış sayı: 327 dəfə • Şərh yoxdur
Share Button

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsində maarifləndirici tədbir həyata keçirilmişdir.

Tədbirin məqsədi iştirakçılara Beynəlxalq Humanitar Hüququn əsasları və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tarixi, tərkib hissələri və onun fəaliyyətləri, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin missiyası və onun ölkədəki rolu haqqında məlumat vermək, bu barədə onları məlumatlandırmaq olmuşdur.Tədbir zamanı Qızıl Aypara Cəmiyyəti Sumqayıt Regional Mərkəzinin yayım könüllüsü Qürbət Əhədov tədbir iştirakçılarına qeyd edilənlər barəsində məlumat vermişdir. Daha sonra   Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı ofisinin nümayəndəsi Rasim Allazov Beynəlxalq Qızıl Xaç Komitəsinin missiyası haqqında məlumat vermiş, Yayım sektorunun rəhbəri Ceyhun İsmayılov isə verilən məlumatlara əlavələrini edərək, tədbir iştirakçılarına öz minnətdarlığını bildirmişdir.   Tədbirdə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları iştirak etmişlər. İştirakçılar tədbirə böyük maraq göstərərək gələcəkdə Sumqayıt şəhər Gənclər və  İdman Baş İdarəsi və Qızıl Aypara Cəmiyyəti arasında mümkün olan əməkdaşlıq sahələrinə toxunaraq bu barədə müzakirələr aparmışlar. İştirakçıları maraqlandıran hər bir sual cavablandırılmışdır.
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın