Menu
Geri İrəli

Sumqayıt şəhərində tikintidə ölüm hadisəsi baş verib

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Avqust 2009 • Baxış sayı: 256 dəfə • Şərh yoxdur

Sumqayıt şəhərində tikintidə ölüm hadisəsi baş verib. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə Corat bağlarında qeydə alınıb. Bakı şəhər sakini Firdovsi İsmayılova məxsus tikintidə betonlaşma işləri aparan “Fiat” markalı avtomaşının pompası orada fəhlə işləyən Rövşən Əliyevin başına düşüb. R. Əliyev aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın