Menu
Geri İrəli

Sumqayıt şəhərinin ekoloji vəziyyəti müzakirə edilib

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Mart 2010 • Baxış sayı: 243 dəfə • Şərh yoxdur

Dünən Sumqayıtda “Sumqayıt şəhərinin ekoloji vəziyyəti, problemləri və perspektivləri” mövzusunda şəhər fəallarının yığıncağı keçirilib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin akt zalında baş tutan yığıncaqda ŞİH başçısı Vaqif Əliyev, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Dövlət Tikinti və Arxitektura Komitəsi «Azərdövlətlayihə» Dövlət Baş Layihə İnstitutunun, 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri, şəhərin idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edib.

Yığıncaqda çıxış edən Vaqif Əliyev şəhərin hazırkı ekoloji vəziyyəti, problemləri, bu sahədə görülmüş işlər, əldə olunmuş uğurlar və qarşıda duran vəzifələr barədə danışıb. Toplantıda daha sonra 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin rəisi F.Həsənov, şəhər Gigiyena və Epidemologiya Mərkəzinin direktoru R.Abdullayev, “Sumqayıt Təmizlik Departamenti” MMC-nin baş direktoru Q.Dünyamalıyev, Yaşıllaşdırma üzrə Təmir-Tikinti İdarəsinin rəisi İ.Həsənov, Ekologiya Reabilitasiya Mərkəzinin direktoru A.İslamzadə çıxış edərək görülmüş işlər barədə məlumat veriblər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın