Menu
Geri İrəli

Sumqayıt şəhərinin nümayəndə heyəti Gürcüstana səfər edəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Oktyabr 2009 • Baxış sayı: 181 dəfə • Şərh yoxdur

Rustavi şəhərinin meri Mamuka Çikovaninin dəvəti ilə Sumqayıt şəhərinin nümayəndə heyəti 30 oktyabr – 2 noyabr 2009-cu il tarixlərində Gürcüstan Respublikasına səfər edəcək. Səfər çərçivəsində nümayəndə heyəti şəhər rəhbərliyi ilə qarşılıqlı münasibətlərin müzakirəsinə dair görüşlər keçirəcək, həmçinin Rustavinin Şəhər günü münasibətilə təşkil olunmuş bayram şənliklərində iştirak edəcək.
Sumqayıt və Rustavi şəhərləri yarım əsrlik tərəfdaşlıq əlaqələrinə malikdirlər. 2-ci dünya müharibəsindən sonra yaradılan bu şəhərlərdə əsasən ağır sənaye müəssisələri, iri metallurgiya və kimya zavodları yerləşir. 2007-ci ildə Rustavi şəhərinin mərkəzi olduğu Kvemo-Kartli regionunun nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri zamanı şəhərlər arasında qardaşlıq əlaqələrin bərpasına dair saziş imzalanmış, ikitərəfli əlaqələrin inkişafında yeni mərhələ başlamışdır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın