Menu
Geri İrəli

Sumqayıt şəhərinin pasportu hazırlanır

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Avqust 2009 • Baxış sayı: 181 dəfə • Şərh yoxdur

Sumqayıt-APA. Sumqayıt şəhər İcra hakimiyyətində Avropa Birliyinin İqtisadi İnkişaf Nazirliyinə Dəstək Layihəsinin mütəxəssisləri ilə görüş keçirilib. Şəhər icra hakimiyyəti başçısının müşaviri Teymur Vəliyevin APA-ya verdiyi məlumata görə, hazırda Abşeron iqtisadi rayonu üzərində işləyən Avropa Birliyinin regional inkişaf üzrə eksperti cənab Con Teytlə Sumqayıt şəhərinin pasportunun və investisiya proqramının hazırlanması barədə müzakirələr aparılıb. Bu məqsədlə artıq Sumqayıtda şəhər icra hakimiyyətinin və aidiyyatı təşkilatların nümayəndələrindən ibarət işçi qrupu təşkil olunub. İşçi qrupun gündəliyində duran əsas məsələlər sənaye, energetika və ekologiya sahələri üzrə lazımi məlumatların toplanması və təhlilidir. Beynəlxalq ekspert Con Teyt bildirib ki, sahəvi məlumatlar toplandıqdan sonra Sumqayıt şəhərinin perspektiv layihələrini özündə əks etdirən strateji inkişaf planı və şəhərin pasportu hazırlanacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın