Menu
Geri İrəli

Sumqayıt Şəhidlər xiyabanının ətrafı bərbad gündədir

Müəllif: sumqayitxeber.com • Tarix: 21 İyun 2009 • Baxış sayı: 304 dəfə • Şərh yoxdur

KIMDIR GÜNAHKAR?
20062009(005)Əslində bu yazını yazmıya da bilərdik. Sadəcə olaraq şəhərimizdəki Şəhidlər xiyabanı ərazisindən çəkilmiş bu şəkillərə baxmaq kifayətdir ki, acınacaqlı mənzərənin şahidi olasan. Xiyabanın girişindəki abidə rənglənsə də əslində ətraf ərazilərdə vəziyyət heç də ürəkaçan deyil.
Bu ərazidən olduğumuz zaman divarlarda geniş çartların əmələ gəldiyinin şahidi olduq və şəkillərdə də gördüyünüz kimi, əslində bu ərazi heç də şəhidlərimizə yaraşan durumda deyil. Göz önündə olan mənzərə onu göstərir ki, bir neçə ildir ki, burada abadlıq işləri aparılmır və nəzarətdən kənardadır.
Əslində bu mənzərənin mövcudluğunda sakinlərin də günahı az deyil. Şəhidlər xiyabanı ətrafındakı divarlarda istənilən sahələrə aid yazılara rast gəlmək mümkündür. Reklam yazılarından tutmuş, sevgi-məhəbbət yazılarına qədər.
Bu il Sumqayıt şəhərinin 60 illik yubleyidir. Şəhərin müxtəlif ərazilərində abadlıq işləri aparılır. Ümid edirik ki, ölkəmizin ərazi bütövlüyü uğrunda öz canlarını fəda etmiş sumqayitli gənclərin uyuduğu ərazidə də abadlıq işləri aparılacaq və təhlükəsizlik tədbirləri gücləndiriləcək.
www.sumqayitxeber.com

20062009(005)

Şəhidlər xiyabanındakı acınacaqlı mənzərələrdən görüntülər

20062009(023)

Facebook Şərhləndirmə:

Şərhinizi yazın