Menu
Geri İrəli

Sumqayıtda zavod direktorunun müavininin oğlu özünü güllələyib

Müəllif: sumqayitxeber.com • Tarix: 27 İyul 2009 • Baxış sayı: 538 dəfə • Şərh yoxdur
Share Button

Sumqayıt Səthi Aktiv Maddələr Zavodunun direktor müavininin oğlu özünü güllələyib. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə ötən gün Sumqayıtın Saray bağlarında, 42/72a saylı bağ evində baş verib. Sözügedən ünvanda yaşayan, 1973-cü il təvəllüdlü Hamlet Samir oğlu Manafov 12 mm kalibrli ov tüfəngi ilə başına atəş açaraq özünü öldürüb. H. Manafovun intihar etməsinin səbəbləri barədə hələlik heç bir məlumat verilməsə də, onun astma xəstəliyindən əziyyət çəkdiyi bildirilib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın