Menu
Geri İrəli

Sumqayıt ş. 41 saylı orta məktəbin müəllimləri üçün gender əsaslı zorakılıqla bağlı təlimlər keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Yanvar 2010 • Baxış sayı: 273 dəfə • Şərh yoxdur

elim2Potensial Sumqayıt Mütəxəssislər Birliyi BMT Əhali Fondunun “Gender Əsaslı Zorakılıqla Mübarizə” Layihəsinin dəstəyi ilə “Sumqayıt şəhərində müəllimlər üçün GƏZM təlimlərinin təşkili” lаyihəsi çərçivəsində Sumqayıt müəllimləri üçün təlimləri davam etdirir. Qeyd edək ki, həyata keçirilən layihədə əsas diqqət orta məktəb müəllimlərinə ümumi gender məsələləri, gender həssaslığı, gender əsaslı ayrı-seçkilik və gender əsaslı zorakılıq mövzularında təlimlər kеçməklə təlim iştirakşılarının bu barədə bilgilərini artırmaq, bu bilgilərin cəmiyyətdə geniş yayılmasına çalışmaq, beləliklə də, Azərbaycanda qadın hüquqlarına hörmətin təmin edilməsi və bütövlükdə qadınlara qarşı zоrakılıq və ayrı-sеçkilik hallarının aradan qaldırılması, gender bərabərliyi, qadınların dövlət idarəçiliyində, ölkənin ictimai-siyasi həyatında fəal iştirakını dəstəkləməklə cəmiyyətdə gender əsaslı zorakılığın aradan qaldırılmasına nail оlmağa yönəldilmişdir.
Layihə çərçivəsində növbəti təlimlər yanvar;n 16-17-də Sumqayıt şəhərinin 41 saylı orta məktəbində təşkil edildi. Təlimdə 23 nəfər iştirak edirdi. Bunlardan 5 nəfər kişi, 18 nəfər qadın idi.
Təlimçilər təlimin məqsədi barədə qısa məlumat verdikdən sonra aşagıdakı mövzularda müzakirələr aparıldı:
Cins nədir və onları nə ilə fərqləndirmək olar?
Cins termininə dair şərh
Gender termininə dair şərh
Cəmiyyətdə kişini və qadını xarakterizə edən əlamətlər
Gender Əsaslı Zorakılıq
Gender Əsaslı Zorakılığın səbəbləri
Gender stereotip və ehtimallarının öyrənilməsi
Zorakılığın formaları haqqında ümumi məlumat
Gündəlik həyatımızda zorakılıq və onun formaları
Qadın və qərarların qəbul edilməsi
Gender əsaslı zorakılıq milli və beynəlxalq qanunvericilikdə.
İnteraktiv metodla keçirilən təlimdə bütün iştirakçılar müzakirələrdə fəal iştirak edərək təlim mövzusu ilə bağlı yeni bilgilər əldə etdilər. İştirakçılar mövzunun aktuallığını və bu istiqamətdə tədbirlərin davamlı olması vacibliyini xüsusi qeyd etdilər.
Sonda sorğu anketi vasitəsi ilə təlimin işi qiymətləndirildi.
Təlim iştirakçılarına mövzu ilə bağlı sənədlər toplusu paylandı.
Feyruz Şivəxanov
Potensial SMB, Layihənin koordinatoru

Facebook Şərhləndirmə:

Şərhinizi yazın