Menu
Geri İrəli

Sumqayıt şagirdlərinə web proqramlaşdırma dili öyrədilir

Müəllif: sumqayitxeber.com • Tarix: 17 İyul 2009 • Baxış sayı: 266 dəfə • Şərh yoxdur

Bu gün Sumqayıt İnformasiya Texnologiyaları Akademiyasında şagirdlər üçün web proqramlaşdırma üzrə seminarlara start verilib. Bu barədə məlumatı sumqayitxeber.com saytına Sumqayıt şəhər Təhsil şöbəsinin metodisti Bəyaz Novruzova verib.
B. Novruzovanın sözlərinə görə Qafqaz Universiteti Sumqayıt İnformasiya Texnologiyası Akademiyası ilə əməkdaşlıq edir və Sumqayıtın istedadlı şagirdləri üçün İT sahəsində müxtəlif mövzularda seminarların və treninqlərin keçirilməsinə dəstək verir:  “Bu gün İT akademiyada şagirdlər üçün keçiriliən treninq də web dizayn həvəskarları üçün nəzərdə tutulmuşdu. Qafqaz univerisitetinin tələbələri tərəfindən keçirilən təlimlərə qatılan şagirdlərin bu sahədə az da olsa bilikləri var və biz çalışırıq ki, onlar web dizayn sahəsində bilik və bacarıqlarını daha da artırsınlar ”
Qeyd edək ki, Sumqayıt İT Akademiyanın əsas məqsədləri İnformatika və kompüter elminin inkişafına, təhsil sahəsində İKT-nin tətbiqinə, İKT sahəsində maarifləndirmə işinə habelə İKT sahəsində dövlət proqramlarına dəstək göstərməkdir. Hazırda kitabxana və elektron resurs mərkəzindən, təlim otaqlarından, konfrans zalından ibarət olan İT Akademiya yaxın gələcəkdə Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Qafqaz Universiteti ilə birlikdə müxtəlif layihələrin icrasına başlayacaq.
Nuranə Abbasova

Facebook Şərhləndirmə:

Şərhinizi yazın