Menu
Geri İrəli

Sumqayıt sakini avtomobildən təyyarə düzəldib

Müəllif: sumqayitxeber.com • Tarix: 24 May 2011 • Baxış sayı: 271 dəfə • 1 şərh

Heç uçan maşın görmüsünüz? Görməyənlərin diqqətinə çatdırırıq ki, Sumqayıt şəhər sakini Şahlar Şükürov uçan maşın ixtira edib. Onun sözlərinə görə, ixtirası bir çox dünya ölkələrini heyran qoyacaq.

Bəlkə də bu çoxlarına qəribə gəlir, amma avtomobilin başındakı pərlər onun havaya qalxmasına yardım edə bilər. Bu ixtiranın ərsəyə gəlməsinə düz 5 ilini sərf edən Şahlar Şükürov aidiyyatı qurumlardan icazə alaraq yeni texnikasını bir dəfə göyə də qaldırıb. Uzun illər polis mayoru işləyən Şahlar Şükürov bu icadını təqaüdə çıxandan sonra edib. Torpaqlarımızın hələ də düşmən tapdağında olması onun hərbi sənayemiz üçün nəsə etmək arzusunu artırdığından Şahlar Şükürov səmada səssiz hərəkət edən bu vasitəni hazırlamağa nail olub. Texnikadan həm fövqəladə hallarda, həm də tibb sahəsində yararlanmaq olar.

İxtirasının dünyada analoqu olmadığına israr edən Şahlar Şükürovun bunu əsaslandırmağa kifayət qədər dəlil-sübutu da var: “Dünyada hava nəqliyyat sistemlərinin heç birində havada dayanıb, geriyə dönmə mexanizmi yoxdur. Yalnız bu maşında belə şey var. Bu istənilən bir küçədə, döngədə yerə enə bilər”.

Maraqlı məqam odur ki, bu avtomobilə səmaya qalxmaq üçün təyyarə kimi böyük yol qət edib sürət yığmaq gərək etmir. Olduğu yerdən çox asan işə düşüb, göyə qalxır və istədiyi yerdə, yəni böyük ərazi tələb olunmadan da yerə enə bilir. Yanacağı da digər hava nəqliyyat vasitələrindən az sərf edir. İstehsalı da təyyarə, vertolyot qədər vəsait tələb etmir, az pul ilə hava nəqliyyatı əldə etmış olursan. ANSPRESS

Facebook Şərhləndirmə:

“Sumqayıt sakini avtomobildən təyyarə düzəldib” yazısına bir cavab

  1. arzu deyir:

    siz onu nCilov adasina vere bilersiniz?cunki bizde kuley olanda gemi islemir.belke onunla gedib-gele bilerik.

Şərhinizi yazın