Menu
Geri İrəli

Sumqayıt sakini başını dərdə saldı: 57 manata görə 8 il həbs yatacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 1 May 2015 • Baxış sayı: 585 dəfə • Şərh yoxdur

hebs2Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirli bilinən Tərlan Qocayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə Tərlan Qocayev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Sumqayıt şəhəri, 40-cı məhəllədə naməlum şəxs Bakı şəhər sakini Zərifə İbrahimovaya zor tətbiq edərək içərisində 57 manatı və ərzaq məhsulu olan çantasını alıb. Cinayəti törədən şəxs hadisə yerini tərk edib.

4-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini Tərlan Qocayev tutulub. Əvvəllər məhkumluq həyatı yaşayan Tərlan Qocayev törətdiyi cinayəti etiraf edib. O, bildirib ki, zərərçəkənin marketdə bazarlıq etdiyini görüb. Əl çantasında pul olduğunu deyən şübhəli şəxs bildirib ki, həmin pulları ələ keçirmək üçün cinayətə əl atıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın