Menu
Geri İrəli

Sumqayıt sakini İcra Hakimiyyətini məhkəməyə verib?

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Noyabr 2014 • Baxış sayı: 1,003 dəfə • Şərh yoxdur
Sumqayıt Dövlət Dram Teatrının əməkdaşı Anar Süleymanov Sumqayıt şəhər İcra Hakimiyyətini məhkəməyə verib. Musavat.com xəbər verir ki, o, bu barədə “Yeni Müsavat”a məktubunda bildirib.
icraOnun yazdığına görə, məhkəməyə müraciətinin səbəbi Sumqayıt şəhərinin müxtəlif yerlərində  ağacların kütləvi qırılmasıdır:
“Ağaclara qarşı olan bu özbaşnalıqlar o dərəcəyə çatıb ki yaşıllıqlar şəhər icra hakimiyyətinin gözü qabağında hasarlanır və kəsilir.  Eldar Əzizov Sumqayıt şəhərinə icra başçısı vəzifəsinə təyin ediləndən sonra bu cür qanunsuzluqlar daha da kutləvi hal alib.  Ağacların kütləvi qırılması son bir il  ərzində, Cəfər Cabbarlı mədəniyyət evinin  yaninda, 1-ci məhəllədə, Nəsimi adina parkda, Nəriman Nərimanov küçəsində “Sumqayıt” şadlıq evinin yaninda, mərkəzi kitabxananin qarşısında və sair yerlərdə kəsilib. Maraqlısı odur ki, Sumqayıtın yaşıl donuna zərər verən adamlar cəzalandırılmır. Misal üçün: 2012 ildə İcra Hakimiyyətinin qarşısında, şəhər parkında, hansısa bir obyekti tikmək üçün, yaşıllıqlarnan sıx olan böyük ərazi hasarlanaraq, orda olan ağaclar kəsilmək təhlükəsində qalmışdılar. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bu haqda xəbər verəndən sonra ekologiya işçiləri bu işi protokollaşdiriblar. Sonra mənə 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsindən məktub gəlib. Bu məktubda həmin qanunsuz işin kim tərəfindən aparılmasını müəyyənləşdirmək üçün, Sumqayıt Şəhər Polis İdarəsinə, Şəhər Memarlıq və Şəhərsalma İdarəsinə müraciət olunub. Lakin iki ildən artıq vaxt keçməsinə baxmayaraq,  bu araşdırılmanın nəticəsi olmadı və mənə heç bir rəsmi cavab gəlmədi”.
Musavat.com
Facebook Şərhləndirmə:

Şərhinizi yazın