Menu
Geri İrəli

Sumqayıt sakini nazir müavininin qardaşından prezidentə şikayət etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Noyabr 2013 • Baxış sayı: 150 dəfə • Şərh yoxdur

sikayetXəlilova QətibəSəhiyyə Nazirinin müavini Cənab Elsevər Ağayevin qardaşı Elçin Ağayevin qanunsuz əməllərinə son qoyulmamışdır !      

 Bu gün birlik.az saytının elektron ünvanına Sumqayıt  şəh.   12-ci   mkr.,   ev   35B,   mənzil   56-da yaşayan Xəlilova Qətibə Ağəli qızı tərəfindən  ölkə başçısı prezident İlham Əliyevə ünvanladığı məktubin surəti və şikayət ərizəsi daxil olmuşdur. Ərizənin mətnini olduğu kimi nəzərinizə çatdırırıq:                                         

Azərbaycan Respublikaslnln Prezidenti Cənab ilham Əliyev

Sumqayıt  şəh.   12-ci   mkr.,   ev   35B,   mənzil   56-da yaşayan Xəlilova Qətibə Ağəli qızı tərəfindən

CENAB PREZİDENT ! 

Bütün ümidlərimi xəstə halımda Sizə bağlayıram və Sizdən kömək istəyirəm. Yazıb Sizə məlumat üçün bildirirəm ki, mərhum anamın mülkiyyət hüquqlarının pozulması ilə bağlı 2013-cü ilin sentyabr ayında Quba rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişəm. Təhqiqat obyektiv aparılmır. Çünki Konstitusiyanın 13 və 29-cu maddələrini kobud şəkildə pozan Səhiyyə Nazirinin müavini Cənab Elsevər Ağayevin qardaşı Elçin Ağayevdir. Çox təəssüf ki, Elçin Ağayevin qanunsuz əməllərinə son qoyulmamışdır  və haqq-ədalət öz yerini tutmamışdır. Qeyd edim ki, notariat qaydada anamın qanuni vərəsəsi mənəm. Mən bütün ümidlərimi göydə Allaha, yerdə Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev, SİZƏ baglayaraq    müraciət edirəm.

XAHIŞ EDIRƏM

Quba Rayon Polis Şöbəsinə getməyə maddi imkanımın olmamasını, xəstə olmağımı və evdə oğlumun ruhi xəstə olmağını nəzərə alıb hüquqlarımı bərpa etmək üçün Daxili İşlər Nazirliyinə təhqiqatın obyektiv aparılmasında mənə köməklik edəsiniz.

 Hörmətlə:       Xəlilova Qətibə”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın