Menu
Geri İrəli

Sumqayıt sakini olan qadını qətlə yetirən şəxsin məhkəməsi keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Yanvar 2016 • Baxış sayı: 367 dəfə • Şərh yoxdur

mehkeme123esasBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Sumqayıt  sakini Vahid Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Report”un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

V.Əliyev məhkəmədə ifadə verib. O, özünü təqsirli hesab etdiyini deyib.

Məhkəmənin növbəti prosesi fevralın 5-nə təyin olunub.

Qeyd edək ki, ötən ilin avqustun 25-də Sumqayıt şəhərində yaşayan Yeganə Mirzəyevanın evdən çıxıb geri qayıtmaması ilə bağlı polisə məlumat daxil olub. Sentyabrın 22-də Abşeron rayonu Qobu qəsəbəsinin ərazisində Y.Mirzəyevanın baş nahiyəsində xəsarət olan, çürüməyə məruz qalmış meyiti tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisənin münaqişə zəminində Sumqayıt şəhər sakini Vahid Vəliyev tərəfindən törədilməsi müəyyən edilib və o, tutulub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın