Menu
Geri İrəli

Sumqayıt sakini qohumunun evində dəm qazından boğularaq ölüb

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Fevral 2012 • Baxış sayı: 164 dəfə • Şərh yoxdur

Sumqayıt şəhərində dəm qazı daha bir nəfərin həyatına son qoyub.

Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən bildirilib. Hadisə bu gün səhər saatlarında Təzə Corat qəsəbəsi, 79-cu məhəllə, ev 244 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan qohumun evinə qonaq gələn, Sumqayıt şəhər sakini, 46 yaşlı Ədalət Xankişiyev hamamda çimərkən dəm qazından boğularaq ölüb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın