Menu
Geri İrəli

Sumqayıt sakini təcridxanaya “Ozmo”da heroin keçirməyə cəhd edilib

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Sentyabr 2014 • Baxış sayı: 488 dəfə • Şərh yoxdur

802343 saylı İstintaq təcridxanasına narkotik keçirməyə cəhd edilib. 

“Qafqazinfo” Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin saytına istinadən xəbər verir ki, narkotik maddələr Cinayət Məcəlləsinin 180.2.1 maddəsinə əsasən həbs edilən şəxs Elbrus Gülbala oğlu Cavadova gətirilən sovqatdan tapılıb.

Onun tanışı, Sumqayıt şəhəri, 17-ci mikrorayon ev 18, mənzil 33 ünvanında yaşayan vətəndaş Rauf Akif oğlu Kazımovun gətirdiyi sovqata baxış keçirilən zaman “OZMO” kətəsinin işərisində sellofan paketlərə bükülərək gizlədilmiş xalis çəkisi 3,761 qram olan narkotik vasitə – tiryək, xalis çəkisi 0,840 qram olan narkotik vasitə – heroin və xalis çəkisi 0,73 qram olan narkotik vasitə – həşiş qətranı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın