Menu
Geri İrəli

Sumqayıt sakinində döyüş sursatı aşkar edilərək götürülüb

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Noyabr 2012 • Baxış sayı: 175 dəfə • Şərh yoxdur
Share Button

Sumqayıtda döyüş sursatı – əl qumbaraları aşkar edilmişdir. Şəhər polis idarəsinin növbətçi hissəsində AzərTAc-a bildirmişlər ki, respublika Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt sakini Oqtay Şirinovdan 8 ədəd “F-1” markalı döyüş əl qumbarası və onlar üçün 8 ədəd fitil aşkar edilərək götürülmüşdür. Müəyyən edilmişdir ki, O.Şirinov bu sursatları satış məqsədilə saxlayırmış.
Həmçinin bildirilir ki, O.Şirinov əvvəllər məhkum olunmuşdur.
Faktla əlaqədar şəhər polis idarəsində təhqiqat aparılır. Ətrabə Rzayeva, AzərTac

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın