Menu
Geri İrəli

Sumqayıt sakinindən pul tələb edən baş redaktor həbs olunub

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Fevral 2011 • Baxış sayı: 287 dəfə • Şərh yoxdur
Share Button

“Yeni Hakimiyyət” qəzetinin təsisçisi Sumqayıt sakinindən pul tələb edirmiş

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Salam Abdullayevi barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyən şəxs tutulub.
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 1 il əvvəl fəaliyyəti dayandırılmış “Yeni Hakimiyyət” qəzetinin təsisçisi və baş redaktoru Vüqar Xəlilov və Abşeron rayon sakini Anar Quliyev tutulub. Onlar S.Abdullayevdən 2000 manat pul tələb edibmişlər.
Faktla bağlı əlavə araşdırmalar aparılır. lent.az

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın