Menu
Geri İrəli

Sumqayıt sakinini maşınında güllələdilər

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Avqust 2014 • Baxış sayı: 1,497 dəfə • Şərh yoxdur

Bu gecə Saray qəsəbəsi ərazisində güllələnmə hadisəsi baş verib.

Axar.az xəbər verir ki, gecə 02:30 radələrində Sumqayıt şəhər sakini Emil Bayram oğlu Bayramov öz avtomobilində gedərkən naməlum şəxsin gülləsinə tuş gəlib. Qolundan yaralanan E.Bayramov Sumqayıt şəhər xəstəxanasına müraciət edib. İlkin tibbi yardımdan sonra zərərçəkən evə buraxılıb.

Abşeron Rayon Polis Şöbəsindən Axar.az-a bildirilib ki, E.Bayramova atəş açan şəxsin kimliyi hələ müəyyənləşdirilməyib. Araşdırma aparılır.
Xestexanaya-dushen

Facebook Şərhləndirmə:

Şərhinizi yazın