Menu
Geri İrəli

Sumqayıt sakinlərinə pulsuz hüquqi yardım

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Avqust 2010 • Baxış sayı: 168 dəfə • Şərh yoxdur

6 avqust 2010- cu il tarixində Sumqayıt sakinlərinə pulsuz hüquqi yardım göstəriləcək. Hüquqi yardımla bağlı məlumatı www.sumqayitxeber.com saytına İREX (Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası) təşkilatının Media proqramı üzrə Sumqayıt İcma Məlumat Mərkəzinin rəhbəri Günel Rəcəbova verib. O bildirib ki, bu hər il ABACEELİ tərəfindən yalnız bir dəfə keçirilir.  Bu il isə 6 avqust saat 10:00-16:00-dək keçiriləcək. Kimin hüquqi məsləhətə ehtiyacı varsa gəlib imkandan istifadə edə bilər. Hüquqi məsləhətə

Mülki Hüquq

Ailə Hüququ

Əmək Hüququ

Cinayət Hüququ

Sosial Təminat

İnzibati Hüquq

İnsan Hüquqları

Kommersiya fəaliyyəti ilə məşğul olan təşkilatların və qeyri-hökümət təşkilatlarının qeydiyyatdan keçmə məsələləri daxildir.

Məsləhət Cümə gunu, 6 avqust, 2010-cu il tarixində

İREX təşkilatının Media  proqramının təşkilati dəstəyi ilə

Sumqayıt şəhərində

saat 10:00dan 16:00dək

aşağıda qeyd olunan ünvanda keçiriləcək:

Sumqayıt, 3-cu mkr, Heydər Əliyev p.,

Mubariz şadlıq evi(Kosmos) İ mərtəbəsi

İREX/İcma Məluamt mərkəzi

Telefon: (+994 18)64 2-48-44
Tərəfdaş təşkilat: Amerika Təhsil mərkəzi
E-poçt: gunel.iatp@yahoo.com

Əlaqələndirici: Gunel Rəcəbova

Facebook Şərhləndirmə:

Şərhinizi yazın