Menu
Geri İrəli

Sumqayıt sakinlərinə su fasiləsiz veriləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 14 May 2013 • Baxış sayı: 160 dəfə • Şərh yoxdur

Sumqayıt şəhərində və ətraf qəsəbələrdə uzun müddət istismarda olan 36,6 km su xətləri yeniləri ilə əvəz edilib. Bu barədə Publika.Az-a “Azərsu”Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti şöbəsindən məlumat verilib.Həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri nəticəsində 50-dək ünvanda 287 çoxmərtəbəli yaşayış binası 24 saat fasiləsiz su ilə təmin edilməklə 23824 abonentin və ya 95 mindən çox sakinin içməli su təchizatı fasiləsiz rejimə keçirilib.

Bununla da Sumqayıt şəhəri və ətraf qəsəbələrdə fasiləsiz içməli su ilə təmin olunan əhalinin çəkisi  80 faizə yüksəlməklə 213 min nəfərə çatıb. Fasiləsiz rejimə keçidlə əlaqədar  21 nasosxananın fəaliyyəti dayandırılıb.Su təchizatı ilə paralel olaraq şəhərin kanalizasiya sistemində də yenidənqurma işləri aparılır. 2012-ci ilin sonunda yeni nasos stansiyasının  istismara verilməsi ilə  Sumqayıt şəhərinin “Köhnə şəhər” yaşayış sahəsinin çirkab sularının Sumqayıt Təmizləyici Qurğusuna ötürülməsi təmin edilmiş, bununla da qurğuda sutka ərzində emal olunan çirkab suyun həcmi 30 min kubmetrdən 42 min kubmetrə çatıb.

Ümumi uzunluğu 9 km, diametri 1200-1600 mm  olan Novxanı-Sumqayıt kollektoru tam istismara verildikdən sonra Novxanı qəsəbəsindən Sumqayıt şəhərinə qədər 12 nöqtədən dənizə axıdılan çirkab sular kollektora yönəldiləcək. Ümumiyyətlə, gələcəkdə Sumqayıt şəhərində toplanan bütün çirkab sular təmizləyici qurğuda zərərsizləşdirilərək dənizə axıdılacaq. Hazırda qurğunun sutkalıq məhsuldarlığı  72 min kubmetrdir və  gələcəkdə bu göstərici 100 min kubmetrə çatdırılacaq.

Publika.Az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın