Menu
Geri İrəli

Sumqayıt sakinlərini kim boğur?

Müəllif: sumqayitxeber.com • Tarix: 23 İyul 2013 • Baxış sayı: 124 dəfə • Şərh yoxdur

sumqayitxeber.com Day.Az saytına istinadən məlumatına görə, məktubda belə deyilir: “Mən Sumqayıt sakiniyəm və şəhərin ekoloji vəziyyəti məni çox narahat edir. 6 aydır ki, Sumqayıt axşamlar zəhərli qazla dolur. Nəfəs almaq belə çətinləşir. İsti havada pəncərələri bağlamaq məcburiyyətində qalırıq. Küləkdən asılı olaraq, bu qaz şəhərin müəyyən yerlərinə toplaşır. Nə baş verir?” Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı “Azəriqaz” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Araz Ağayevlə əlaqə saxlayıb. “Sumqayıt şəhərində qazla bağlı heç bir problem yoxdur. Qaz təchizatı sistemində heç bir qəza və ya qaz sızması baş verməyib. Son 6 ay ərzində Sumqayıtda qaz olması reallığı əks etdirmir. Əgər doğrudan da belə problem varsa, həmin vətəndaş yerli qaz idarəsinə müraciət etsin”. Milli.Az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın