Menu
Geri İrəli

Sumqayıt sakinləri həyəcanlı anlar yaşayıb

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Yanvar 2016 • Baxış sayı: 3,021 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər 9-cu mikrorayon 72-ci binanın sakinləri həyəcanlı anlar yaşayıblar. Belə ki, sözügedən binanın üçüncü blokunun girişinin döşəməsi qəza vəziyyətinə düşüb.

Binanın sakini Faiq İbrahimov hadisə yerində olan əməkdaşımıza bildirib ki, blokun girişinin təxminən 2 kvadratmetr olan döşəməsi uçub. Sakinlərin köməyi ilə köhnə lift hissəsini dağılan yerə qoymaqla binaya girişi bərpa ediblər.

Güman olunur ki, binanın zirzəmisində illərlə qalan su döşəmənin altındakı torpağı yuyub aparıb, nəticədə qəza vəziyyəti yaranıb. Sumqayıt Su İdarəsinin rəisi Darvin Hüseynov bildirib ki, qəza olan ərazidəki su xətləri yoxlanılır, zirzəmidəki suyu qurutmaq istiqamətində işlər görülür.

Sumqayıt ŞİH başçısı Zakir Fərəcovun göstərişinə əsasən binanın digər bloklarına və zirzəmilərinə baxış keçirilib, qəzalı yerlərin olub-olmaması müəyyənləşdirilib.

Namiq MƏMMƏDLİ, “Express”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın