Menu
Geri İrəli

Sumqayıt sakinləri şəhəri zibilləyənlərə sərt reaksiya verdi: “CƏRİMƏ OLUNSUNLAR!”

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Sentyabr 2016 • Baxış sayı: 1,532 dəfə • Şərh yoxdur
Share Button

555Son bir ildə Sumqayıt şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri artıq öz nəticəsini göstərir. Artıq şəhərimizdə bir çox layihələr həyata keçirilib, yeni dənizkənarı bulvar salınıb, parklar xiyabanlar abadlaşıb. Sözsüz ki, bütün bu işlər şəhər sakinlərinin asudə vaxtını səmərəli istifadə etməsi, istirahəti üçün həyata keçirilir. Təəssüf hissi ilə qeyd etmək istəyirik ki, bəzi şəxslər park və xiyabanlarda natəmizliyə yol verir, abad şəhərimizi çirkləndirirlər.

Sevindirici haldır ki, şəhərimizdə həyata keçirilən bu işlərin hansı əziyyət qarşılığında görüldüyünün şahidi olan şəhər sakinləri sosial şəbəkələrdə şəhərimizi zibilləyənlərə qarşı sərt reaksiya verir, onları qınaq obyektinə çevirirlər.

Şəhər sakinləri Sumqayitxeber.com-un rəsmi facebook səhifəsində paylaşılan bu foto görüntü ilə bağlı öz fikirlərini bölüşüblər.

Sumqayitxeber.com  şəhər sakinlərinin fikirlərini təqdim edir:

Əli Arazov: Bu ailə tərbiyəsidir, səviyyədir, daxili mədəniyyətdir, belə adamın alnına zibil qabı yapışdır, fərqi yoxdur.

Elmir Hacıyev: Ancaq cərimə. Güzəşt olmasın. Kim etsə 100 manat cərimə edilsin. Sumqayitxeber.com belə təklifləri sürün, icra hakimiyyəti tədbir görsün, yoxsa o bulvarı pis günə qoyacaqlar. Ciddi şəkildə cəzalansın, çıxış yolu budur. Belə ailə tərbiyəsi görmüyənlərə bu da azdır.

Elşən Tağıyev:   İnandırım sizi, belə insanları lap tutub döysən də, söysən də, hətta o yerdə lövhə yazısı qoyulsa da xeyiri yoxdur. Bunun bir yolu var, ancaq 50 AZN cərimə, vəssalam! Bax, ondan sonra qorxularından zibili əllərində saxlayacaqlar, zibil qabı tapana kimi. Bizim bəzi insanlarımıza bu cür lazımdır.

Xalidə Vural:   Siz şəhidlər xiyabanında Xocalı abidəsinin önündəki vəziyyətə baxın. Valideynlər skamyada oturub semiçka çırtlayır, uşaqları isə abidənin başından girib ayağından çıxırlar.  Ordakı yaşıllığı tapdaq-tapdaq ediblər. Əllərindəki zibillərin hamısını ora atırlar. Üstəlik əbədi məşəlin içinə , ətrafına o qədər zibil töküblər ki, adam məətəl qalır. Yəni bu qədər mədəniyyətsizlik şərəfsizlik olmaz axı. O məşəl, o abidə bizim rahat yaşamağımız uğrunda şəhid olanların bir anısıdır. Şəhidlərin ruhuna bu qədər hörmətsiz yanaşmaq olmaz. Mən burda günahkar valideynləri nəzərdə tuturam ki, nə özlərinə, nə də övladlarına düzgün tərbiyə verə bilməyiblər.

Rəşad: Düzgün eləmirlər. Camaat gəlir bulvarda dincəlməyə. Bizim üçün istirahət yeri düzəldiblər, başa düşün sənin anandan, bacından əksik deyil zibil toplayanlar.

Vüsalə Ağayeva:  Qapılarında zibil qutusu qoyulsa, pəncərədən atacaq insane tipləri var.

Nur:  Hələ bu harasıdır, bir at quraşdırıblar bulvarda. Arvadlar belinə çıxıb şəkil şəkdirirlər, atda atlıq qalmayıb.

Nərgiz Tahirova: Bizim millətə gərək hər yerdə cərimə tətbiq olunsun. Yazılsa ki, zibil atan bu qədər cərimə olunacaq, kimsə atmaz!

Vüsalə Rəşidova: Bir neçə gün bundan qabaq ailəvi dəniz kənarı bulvarda gəzməyə getmişdik. Orda besedkalar  var. Hər kəs özü ilə çay gətirib orda içir. Bz ora gedəndə bütün besetkalar dolu idi. Oturmağa yer yox idi. Qaynanam yaşlı olduğu üçün skamyaların birində oturduq. Bizim qarşımızda besetkada orta yaşlı bir xanım və iki uşaqla oturub çay içib, semiçka çırtlayırdılar. Bir müdətdən sonar onlar gtdi. Yaxınlaşdıq ki, həmin stolda oturaq. Valah beləsinə nə desəm ürəyim soyumaz. Deməli stolun üstü semiçka, marojna kağızı, çay paketləri, banan qabığı və.s Eynən yer də o gündə. İnanırsınız, yoldaşımla bütün stlun üstünə, altına tökülən bütün zibilləri yığdıq.  Amma həmin canlını o qədər söydüm ki! Çünki o bizim üçün bizim övladlarımız üçün düzəldilib. Ne olar ki, pulsuz gedib dinceldiyimiz yeri səliqəli saxlamaq bu qədər çətindir? Bəziləri ömrü boyu mədəniyyətsiz olub, mədəniyyətsiz də öləcəklər.

Orxan Həmzəyev:  Dünən gecə gəzirəm skamyaların üstündə tullanıb-düşüb qırıblar. Şəhərimiz gözələşir, gəlin birlikdə qoruyaq. Dövlət millət üçün etmiyəndə, səbəbini artıq başa düşürəm…

Şahin Asəf: Cərimə, ancaq cərimə – elə düzələcəklər ki!Onlara belə lazımdır. Yaşayan yerə hörmət etmək istəmirlər. Səviyyələri çatmır axı. Mən həmişə demişəm: öz ətrafını zibilləyən, ancaq zibillikdə yaşayıb, ətrafı belə olub. Qabında olanı da odur.

Bura həmişə şəhər olub, lakin indi lap gözələşib. Kim bu faktı qəbul etmirsə həmin natəmiz işləri də görür. Hərəkətləri isə göz qabağındadır.

Ay, çirkli iz saxlayan bəzi insanlar – yaşlı nənələr təmizləyir oranı, olmaz axı belə!

Aydan Səmədova: Zibillərdən zibillikdən başqa nə gözləyəsən. Çarəsi kamera və nəzarətçilər qoymaq və onları cərimələməkdir.

Ariz: Belə tərbiyəsizləri ancaq cərimələmək lazımdır. Özü də böyük məbləğdə. Cərimə məsələsi şəhərə yayıldıqdan sonra həmı Sumqayıtımızı öz evinin içi kimi qoruyub təmiz saxlayacaq.  Bu məsələdə Sumqayıtı sevən sakinlər də kömək etməlidir. Polisə bu tərbiyəsizlər haqqında məlumat verilməlidir.

Elnarə Zeynalova: Evdəki valideyin onu başa salmalıdır ki, çıxanda özünü adam kimi apar, ev tərbiyəvi çöldə göstərmə, adam olun!

Suzana Karakaş: Gəlin belə edək, belələrini görəndə susan elə onun tərbiyəsindədir məntiqinə dayanaraq gördükdə müdaxilə edək, özü də ağır şəkildə ki, dərs olsun birdə o qələti etməsinlər…

Kənan Bayramoğlu: Fikirləşmirlər ki, onu təmizləyən analardır. Öz analarına bunu rəva bilərlər?

Xəyaql Qasımov: Mədəniyyətdən geri qalmışlar. Öz şəhərivizin qədrini bilin, təmiz saxlayın. Bu cür gözəliklər yaradırlar sizlər üçünş Mədəni istirahətiviz üçün. Belə mükafatlandırırsınız zəhməti olanların əməyini? Zibil yeşikləri qoyulub ki, istifadə edəsiniz.

Məryəm Quliyeva: O gün polislə qadın dalaşırdı. Deyir bura ev deyil ki, parkdı, tökürük yıqırlar.

Naira Qasımova: Cərimə 100 man başqa ölkələrdə olduğu kimi.

Pərviz Sadıqov: Park ərazisində semiçka çırtlamaq ədəbsizlikdir.

Natella Bəşirova: Yalnız cərimə ilə son qoymaq olar.

 

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın