Menu
Geri İrəli

Sumqayıt sakinlərinin istirahət hüququ pozulur – ŞİKAYƏT

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Noyabr 2014 • Baxış sayı: 586 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər rəhbərliyinin tapşırığına əsasən həyata keçirilən təmir-bərpa işləri sakinlərin narazılığına səbəb olub.

Belə ki, Sumqayıt şəhər, 36-cı məhəllə, Bakı küçəsində istirahət günündə belə iş görülməsi bina sakinlərini narahat edib.
Bu barədə mia.az-a məlumat verən sakinlər bildiriblər ki, ümumiyyətlə, iş icraçıları istirahət günü demədən səs-küy salırlar, onlar da narahat olurlar: “Bu səs-küydən rahatlığımız yoxdur. İstirahət günlərində belə səs-küylü təmir işlərinin aparılması istirahət hüququmuzu əlimdən alıb. Dəfələrlə iş icraçılarına etirazımızı bildirsək də, deyiblər ki, icra başçısının göstərişi belədir. Belə çıxır ki, icra başçısı qanunları saymır, insanları istirahət hüququnun pozulmasına şərait yaradır. Onu da nəzərə çatdıraq ki, bu işləri həyata keçirən işçilər təhlüksizlik qaydalarına əməl etmirlər, kaska qoymurlar. Heç rəhbərlik də bunu tələb eləmir, amma istirahət hüququmuzu pozurlar”.
Həmin ərazidən şəkilən fotoları təqdim edirik.
SS-3SS-2888
Facebook Şərhləndirmə:

Şərhinizi yazın