Menu
Geri İrəli

Sumqayıt sakinlərinin son üç ayda prezidentə yazdığı məktublar – MƏTN

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Avqust 2014 • Baxış sayı: 1,447 dəfə • Şərh yoxdur

ilham eliyev-mektubsumqayitxeber.com son üç ay ərzində  Sumqayıt şəhər sakinləri tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanmış və president.az saytında yerləşdirilmiş məktubları təqdim edir:

09 avqust 2014, 15:00

Möhtərəm cənab Prezident!

Mən ikinci qrup Qarabağ müharibəsi əliliyəm. Bu günlərdə minik avtomobili ilə təmin olunmuşam. Buna görə Sizə dərin təşəkkür edirəm. Siz bizə yüksək diqqət və qayğı göstərirsiniz. Biz də hər zaman Sizi dəstəkləyirik, Sizin arxanızdayıq.

Dövlətimizin Sizin kimi rəhbəri olduğu üçün çox sevinirik.

Çox hörmətli Prezident! Mənə ümummilli liderimiz Heydər Əliyevin əlindən fərqlənmə diplomunu almaq qismət olub. İnanıram ki, Sizinlə də şəxsən görüşmək şərəfinə nail olacağam. Sizə təşəkkür edir, bütün işlərinizdə uğurlar arzulayıram. Ulu Tanrıdan Sizə və ailənizə cansağlığı diləyirəm. Biz Sizi çox sevirik.

Hörmətlə, 
Əliyev Anar Rauf oğlu,
II qrup Qarabağ müharibəsi əlili. 

Azərbaycan Respublikası, Sumqayıt şəhəri. 

***

08 avqust 2014, 10:15

Hörmətli cənab Prezident!

Xalqımız Sizin kimi Prezidentə sahib olduğu üçün fəxr edir. Biz Sizə güvənirik, Sizin üçün Allaha dualar edirik. Cəbhədə baş verən son hadisələr və Sizin bu hadisələrlə bağlı bu bölgəyə səfər etməyiniz biz gənclərdə bu güvəni və ruh yüksəkliyini daha da artırdı. Bildirmək istəyirik ki, Vətən yolunda canımızdan və qanımızdan keçməyə hər zaman hazırıq.

Möhtərəm Prezident! Allah ulu öndərimiz Heydər Əliyevə qəni-qəni rəhmət eləsin, ailənizə və xalqımıza firavanlıq bəxş etsin.

Dərin hörmətlə,

Məmmədov Fərid Elçin oğlu. 

Azərbaycan Respublikası, Sumqayıt şəhəri. 


***

 

27 iyun 2014, 12:30

 Hörmətli Prezident!

Sizin Strasburqda Avropa Şurası Parlament Assambleyasının yay sessiyasındakı nitqiniz və verilən suallara tutarlı cavablarınız mənə bu sözləri uca səslə deməyə qətiyyətlə imkan verir: “Mən öz prezidentim ilə fəxr Edirəm! Mən fəxr edirəm ki, Azərbaycanlıyam!”

Hörmətlə,

Məlikov Binyət.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri. 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın