Menu
Geri İrəli

Sumqayıt seçiciləri: “Referendumda iştirak etmək hər birimizin vətəndaşlıq borcudur”

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Sentyabr 2016 • Baxış sayı: 524 dəfə • Şərh yoxdur

Sumqayıtlıların çoxu Konstitusion hüquqlarını yerinə yetirmək üçün səhər tezdən seçki məntəqələrinə gəlibər. Onların arasında ağsaqqallar və ilk dəfə səs verən gənclər də var.

Ağsaqqal Sevindik Hüseynov təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşərək deyib ki, Konstitusiya islahatları dövlətimizin və millətimizin gələcək inkişaf hədəflərinə istiqamətlənib və ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayır. Səsvermə, seçki prosesi demokratiyanın əsas atributlarındandır. Referendumda iştirak etmək, səsverməyə çıxarılan məsələlərə münasibət bildirmək hər birimizin vətəndaşlıq borcudur. Odur ki, bu gün ailə üzvlərimizin hamısı ümumxalq səsverməsində iştirak edib.

Müəllim Yenigül Nəsibova səsvermə üçün yaradılan şəraitdən danışaraq qeyd edib: “Bizim ailəliklə səsvermə kampaniyasında bir yerdə iştirak etməyimiz birinci dəfə deyil. Azərbaycan demokratik ölkədir. Biz də referendumda iştirakımızla ölkəmizin parlaq gələcəyinə, inkişafa, dövlətimizin nüfuzunun artmasına səs verdik”.

14748765845740126259_1000x669 14748765846003542869_1000x669

Facebook Şərhləndirmə:

Şərhinizi yazın