Menu
Geri İrəli

Sumqayıt şəhər 1 saylı Doğum Evi əsaslı təmir edilib – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Dekabr 2016 • Baxış sayı: 6,244 dəfə • 5 şərh

dsc_0001

Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov 1 saylı Doğum Evinində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub, şəhərdə fəaliyyət göstərən səhiyyə müəssisələrinin baş həkimləri ilə görüşüb.

Şəhər rəhbərinə məlumat verilib ki, 75 çarpayılıq 1 saylı Doğum Evi ən son texnoloji nailiyyətlərə əsaslanan avadanlıq və cihazlarla təchiz olunub. Doğum Evində ümumi havalandırma, mərkəzləşdirilmiş oksigen qazı sistemi yaradılıb ki, bunun köməyi ilə istənilən anda hər bir otağı intensiv terapiya palatasına çevirmək mümkündür. Doğum evində cərrahiyyə,anesteziologiya və reanimasiya şöbələri da fəaliyyət göstərir. Cərrahiyyə otaqları yüksək keyfiyyətli avadanlıqla, elektron idarə olunan stollarla, narkoz aparatları ilə təchiz olunub. Reanimasiya şöbəsində xaricdə istehsal olunan yüksək səviyyəli süni tənəffüs aparatları və xəstəyə təcili yardım göstərmək üçün digər cihazlar da var. Tibb ocağında yeni doğulmuşların reanimasiya şöbəsi,intensiv terapiya palatası da yaradılıb. Az çəkili, kritik və yarımçıq doğulmuş uşaqlara səhiyyə ocağında qulluq göstərmək üçün bu ilin yanvar ayından hər bir şərait yaradılıb.

Bildirilib ki, doğum evinin mama-ginekoloji şöbəsində doğuş zalı, cərrahiyyə otağı və neonatoloji bölmə yerləşir. Neonatoloji bölmə də ən son texnoloji cihazlarla təchiz edilib.Qəbul şöbəsində gözləmə zalı da yaradılıb, yumşaq oturacalar qoyulub.

Doğum Evindəki laboratoriylar ən son texnoloji avadanlıqlarla təhciz olunub. Səhiyyə ocağında həm tibbi heyət, həm də xəstələr üçün yeməkxana otağı da var. Yanğından mühafizə sistemi,təhlükəsizlik kameraları da quraşdırlıb. Tibb ocağıının həyəti abadlaşdırılıb,asfalt vurulub, yaşıllıq salınıb, xəstələrin istirahəti üçün zəruri şərait yaradılıb.

1 saylı Doğum Evinə baxış keçirildikdən sonra şəhərdə fəaliyyət göstərən səhiyyə müəssisələrinin baş həkimləri ilə görüşən Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov şəhərdə fəaliyyət göstərən tibb ocaqlarının baş həkimlərinə tapşırıq və tövsiyələrini verib.





dsc_0514

dsc_0592

dsc_0392dsc_0423dsc_0450dsc_0452dsc_0466dsc_0500dsc_0506dsc_0553dsc_0568dsc_0569dsc_0579dsc_0587dsc_0612dsc_0619dsc_0634dsc_0643dsc_0653

dsc_0296 dsc_0298 dsc_0301 dsc_0302 dsc_0304 dsc_0306 dsc_0307 dsc_0308 dsc_0309 dsc_0312 dsc_0314 dsc_0315 dsc_0316 dsc_0317 dsc_0318 dsc_0324 dsc_0326 dsc_0327 dsc_0329 dsc_0330 dsc_0331 dsc_0334 dsc_0338

 

 

Facebook Şərhləndirmə:

“Sumqayıt şəhər 1 saylı Doğum Evi əsaslı təmir edilib – FOTOLAR” yazısına 5 cavab

  1. Yegana deyir:

    Təranə xanim bashda olmaqla, kollektivə göstərilən böyük etimaddir.

    İshimizlə bu etimadı dogrultmaliyiq!!!!!!

  2. Samire Tagiyeva deyir:

    Zakir müəllim gələndən səhiyyə sahəsində də ciddi işlər görülür. Son 10 gündə gördüyüm odur ki, iki xəstəxanda olub. Yəqin ki, biz gördüklərimiz bunlardır, digər xəstəxanalarla da maraqlanır, gedir, baxır. Doğum evini belə görmək xoşdur.

  3. Rena deyir:

    Adam lap yenidən ora getmək istəyir :) )))

  4. Peri deyir:

    Zakir Fərəcova halaldır!

  5. Namiq deyir:

    Günü-gündən gözəlləşir bizim SUMQAYIT şəhəri

Şərhinizi yazın