Menu
Geri İrəli

Sumqayıt şəhər 4 saylı Poliklinika əsaslı təmir olunur – VİDEOREPORTAJ

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Sentyabr 2017 • Baxış sayı: 572 dəfə • Şərh yoxdur
Share Button

Ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan verib. Sumqayıtda  da  son 2  ildə  səhiyyə sahəsində mühüm addımlar atılb. 1 nömrəli  Doğum Evi,1 saylı Poliklinika ,Diş Poliklnikası,  Uşaq Poliklinikası, Onkoloji Xəstəxana,Uşaq Xəstəxanasının yolxucu Xəstəliklər korpusu   əsaslı təmir olunub,istifadəyə verilib.Hal hazırda isə  2 və 4 saylı şəhər poliknlinikasında  təmir işləri gedir.

Sumqayıt şəhər 4 saylı poliklinaksı 2011-ci ildən fəaliyyət göstərir.Tibb müəssisəsində 21 otaq kabinet var.Hal hazırda Poliklinka şəhər İcra Hakimiyyətinin daxili imkanları hesabına  əsaslı  təmir edilir.Təmir işlərinə cari ilin  iyun ayından başlanılıb və oktyabr  ayında yekunlaşması nəzərdə tutulub. Bu səhiyyə ocağının  təmiri şəhər sakinlərinin  və tibb işçilərinin rahatlığına, onların öz potensiallarından daha səmərəli istifadə etmələrinə imkan verəcək.Poliklnikanın baş həkimi Canıbəy Ağayev deyir ki,şəhərin bütün sahəsində gedən abadlıq-quruculuq işləri ,eləcə də tibb müəssisələrinin  əsaslı təmiri dövlət başçısnıın birbaşa şəhərə olan  diqqət və qayğısının bəhrəsidir və həkimlərin də vəzifəsi əhalinin sağlamlığının keşiyində durmaqdır.

Canıbəy Ağayev: “poliklnikanın baş həkimi-Cənab prezidentimiz,çox hörmətli İlham Əliyevin Sumqayıt şəhərinə göstərdiyi diqqət və qayğını hər bir Sumqayıt sakini hiss edir.O cümlədən bizim kollektiv də.Şəhərimizdə son vaxtlar geniş quruculuq abadlıq işləri gedir bütün sahələrdə quruculuq abadlıq işləri gedir,o cümlədən səhiyyə sahəsində.İyun ayının 22 dən əsaslı  təmir işlərinə başlanmışdır və demək olar ki,işimizin 70 faizdən çoxunu görmüşük.Demək poliklnikada işıq xətti,su xətti,kanalizasiya sistemi yenidən qurulur və oktyabr ayının axırına qədər bütün bu təmir işlərimizin hamısın başa çatdıracıyıq və poliklnikanın maddi texniki bazası yaxşılaşacaq,güclənəcək.Poliklnikamız bərk  və yumşaq invertarlarla, tibbi avadanlıqla təmin olunacaq.Bunlar hamısı xalqa xidmətin,xalqa göstərilən xidmətin bariz nümunəsidir və eyni zamanda dövlətimizin səhiyyəyə göstərdiyi diqqət və qayğının nümunəsidir.Poliklnikamız 2011-ci ildən fəaliyyətə başlayıb və Sumqayıt şəhərinin 13-cü mikrarayon,Corat qəsəbəsi,16-cı mikrarayon və “Bağlar massivi”nə xidmət göstərir.Poliklnikada 7 sahə həkimi vardır.Digər  ixtisaslı həkimlərdən endikrinoloq,nevropataloq,kardioloq,onkoloq,dəri zöhrəvi həkimi,cərrah, həkim-laborant fəaliyyət göstərir. Biz çalışacıyıq ki,bundan sonra da xalqın sağlamlığının keşiyində mükəmməl duraq,yəni elə eliyək ki,bizə müraciət eliyən hər bir vətəndaş poliklnikadan gülərüzlə çıxsın.Bütün növ xidmətlərdən məmnun qalsınlar.”

Təmir işləri yekunlaşdıqdan sonra müəssisə daha müasir tibbi avadanlıqlarla təhciz ediləcək. Poliklnikda 1200 şəkər xəstəsi qeydiyyatdadır ki,onlara da vaxtı vaxtında dərman və preparatlar dövlət tərəfindən  pulsuz verilir.Şəkər xəstəliyindən müalicə alan  Qətibə Əsədova deyir ki,poliklnikda vaxtı vaxtında müayinə olunur.Həkimlərin qayğısından,onu   gülərüz,mehriban qarşılamalarından çox razıdır.

İstər yaşlı,istər gənc pasiyentlər bura müraciət edəndə  tibb müəssisəsində  gedən yenidənqurma işləri onları sevindirir və bunu onlar dövlətin vətəndaşlara olan yüksək qayğısı kimi qiymətləndirirlər.Elə özünə system köçürtməyə gələn Amil Quliyev kimi.

Ürəyinədən əməliyyat keçirmiş Xalid Abdullayev poliklnikda vaxtaşırı gəlib müayinə olunur.Həm söhbətimiz deyir ki,tibb müəssisənin qabakı vəziyyətinə baxanada indiki vəziyyəti daha ürəy açandır.Ən əsası isə kollektivin səmimi   davranmasıdır.

Poliklnika fəaliyyətə başlayanda  27 870 nəfərə xidmət göstərirdi.Son  vaxtlar “Bağlar massivi”ndə yaşayış çoxaldığından, Qurd Dərəsi bağları,Saray bağları,Novxanı bağları massivi,Sarıqaya massivinın  də sakinləri  4 saylı  poliklnikaya təhkim edilib  və ümumilikdə müəssisənin xidmət etdiyi əhalinin sayı artaraq  44 min olub.Bir sözlə  əsaslı  təmirdən sonra  44 əhali  daha müasir və təmirli otaqlarda  tibbi xidmətdən yararlanacaq.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın