Menu
Geri İrəli

Sumqayıt şəhər 45-ci məhəllə sakinləri narkomanlar əlindən dad edir

Müəllif: sumqayitxeber.com • Tarix: 21 May 2014 • Baxış sayı: 1,216 dəfə • 1 şərh

“Uşaqlarımız narkomanların əlindən çölə-bayıra çıxa bilmirlər”

narkoman
Sumqayıt şəhər 45-ci məhəllə sakinləri narkomanlar əlindən dad edir. Bu barədə AzadXeber.net saytına məhəllə sakinləri məlumat verib. Sakinlərin sözlərinə görə, hər gün səhər işə gedərkən bloklar şprizlərlə dolu olur:

“Uşaqlarımız narkomanların əlindən çölə-bayıra çıxa bilmirlər. Hara baxırıq, narkomanların istifadə etdiyi şprizdir. Dünən bir nəfər narkoman polis tərəfindən bölməyə aparılarkən boğazını kəsərək intihar etmək istəyib. Səhərə qədər polislər məhləyə gəlib-gediblər. Uşaqlarımızın gələcəyindən qorxuruq. Aidiyyəti qurumlardan xahiş edirik ki, təcili bununla bağlı tədbir görsünlər.” – deyə sakinlər şikayətində bildirilir.

Facebook Şərhləndirmə:

“Sumqayıt şəhər 45-ci məhəllə sakinləri narkomanlar əlindən dad edir” yazısına bir cavab

  1. Fuad deyir:

    Duzdu :( coxdu narkuwalar ))

Şərhinizi yazın