Menu
Geri İrəli

Sumqayıt Şəhər İcra Hakimiyyəti açıqlama yaydı: “200 yox, 17 obyekt söküləcək”

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Yanvar 2016 • Baxış sayı: 10,400 dəfə • 23 şərh

“sumqayitxeber.com” Sumqayıt Şəhər İcra Hakimiyyətinin “Sülh” küçəsində həyata keçiriləcək işlərlə bağlı açıqlamasını təqdim edir: 

icra2

2015-ci ilin sentyabr ayından başlayaraq Sumqayıt şəhərində həyata keçirilən abadlıq, quruculuq və yenidənqurma işləri daha böyük zövqlə, bütün müasir tələblərə cavab verəcək şəkildə davam etdirilməkdədir. Şəhərin simasının daha gözəl şəkildə dəyişməsinə, xüsusən də şəhər əhalisinin rifahına xidmət edən bu möhtəşəm işlər hər bir Sumqayıt sakininin ürəyincədir. Lakin, bütün bunlara baxmayaraq Sumqayıtın mərkəzi küçələri də daxil olmaqla bəzi ərazililərdə, şəhərin baş planına uyğun olmayan, memarlıq və mənzil istismar qaydalarını kobud şəkildə pozan, magistral qaz, su, kanalizasiya borularının və telekommunikasiya xətlərinin üzərində yerləşən bir çox qanunsuz tikilən obyektlər fəaliyyət göstərməkdədir. Xüsusi ilə də şəhərin giriş hissəsi sayılan, Sülh küçəsi istiqamətində, “Ən Ucuz Market” adlanan ticarət mərkəzidə daxil olmaqla Heydər Əliyev prospektinə qədər olan ərazidə yerləşən obyektlər, qanunsuz  tikilən obyektlərin cərgəsinə daxildir.

Belə ki, həmin obyektlərin, şəhərin baş planına uyğun olmaması, magistral su, kanalizasiya boruları və telekomunnikasiya xətlərinin üzərində yerləşməsi, xüsusəndə yaşayış binalarına çox yaxın məsafdə tikilməsi, bina sakinlərinin istirahət hüququnu pozmaqla yanaşı, yaşayış binalarının təhlükəsizlik-mühafizə zolağı xəttini ciddi şəkildə pozmuşdur ki, bu halda binada baş verə biləcək istənilən yanğın hadisəsi zamanı yanğın söndürən maşınların manevr etməsinə imkan vermir. Bu da haqlı olaraq bina sakinlərinin narazılığına səbəb olmaqdadır. Bütün bunları nəzərə alan Suqmayıt şəhər İcra Hakimiyyəti bu qanunsuz tikilən obyektlərin sökülməsini zəruri sayır. Söküləcək obyektlərin yerində isə şəhər əhalisinin xoş istirahətini təmin etmək məqsədilə yaşıllıqların, parkın salınması, binaların fasadlarının isə müasir üslubda daş üzlüklərlə üzlənməsi nəzərdə tutulur. Bəzi kütləvi informasiya vasitələrində əsassız olaraq 170, bəzilərində isə 200 obyektin söküləcəyi barədə yanlış məlumatlar yayınlanmaqdadır. Lakin rəsmi olaraq bildiririk ki, söküləcək qeyri-qanuni obyektlərin sayı 17-dir. Eynilə ilə onu da qeyd etmək istərdik ki, heç də bizə uzaq olmayan bir tarixdə, həmin adı çəkilən küçədə çoxyaşlı ağacların kəsilərək yerində obyektlərin tikilməsinə şəhər əhalisi ilə yanaşı bir çox KİV-lərdə öz etirazlarını bilidirmişlər.

cavid23

Bununla yanaşı “Sülh” küçəsinin hərəkət zolağında avtomobillərin qeyri-qanuni park edilməsi, həmin yolda tıxacların yaranmasına və əhalinin avtomobil yollarından keçməsində ciddi problemlər yaradırdı. Şəhər sakinlərinin haqlı narazılığına səbəb olan bu məsələinin həlli istiqamətində ilkin olaraq “Sülh” küçəsində avtomobillərin yol kənarında park edilməsi qadağan edilmişdir. Lakin atılan bu addım da problemi birdəfəlik həll etməmişdir. Xüsusilə də qeyd etmək lazımdır ki, bu problemin yaranmasının əsəs səbəbi, hələ Sovetlər Birliyi dönəmindən Sülh küçəsində məhz, avtodayanacaq kimi fəaliyyət göstərmiş ərazidə “Cavid” ticarət mərkəzi adlanan qeyri qanuni obyektin tikilməsidir. Bu barədə dəfələrlə Sumqayıt Şəhər İcra Hakimiyyətinə vətəndaşlardan həm fərdi, həm də kollektiv şəkildə şikayətlərin daxil olmasını da xüsusi vurğulamaq lazımdır. Məhz bunları nəzərə alan Sumqayıt şəhər İcra Hakimiyyəti bütün bu problemlərin aradan qaldırılması məqsədilə qeyri qanuni tiklən “Cavid” ticarət mərkəzinin sökülərək yerində müasir tipli avtodayanacağın tikilməsini zəruri sayır.

Facebook Şərhləndirmə:

“Sumqayıt Şəhər İcra Hakimiyyəti açıqlama yaydı: “200 yox, 17 obyekt söküləcək”” yazısına 23 cavab

  1. Samira Mehdiyeva deyir:

    2 il öncə sülh küçəsində bir çox ağacı kəsib yerində obyekt tikəndə bilməli idilər ki, sonu belə olcaq! Mən sahibkarları başa düşürəm amma sahibkar da addım atanda bilməli idi ki, hər şey pulla həll olunmur. Şəhərin ağaclarını kəsib yerində obyekt tikməyinn sonu belə olur

  2. Senan deyir:

    Müasir tipli avtodayanacağın tikilməsi yaxşı haldır, bunu alqışlayıram. Bazara getmək olmurdu, maşını rahat park edə bilmirdik.

  3. İsmayılova Günel deyir:

    “Cavid” ticarət mərkəzinin söküləcəyi xəbəri şəxsən məni çox sevindirdi.Mən ticarət mərkəzinin qeyri-qanuni tkildiyini bilmirdim.Bunu çoxdan sökmək lazım idi.Nehayət bazara rahat gedib alış-veriş edə biləcəyik.Yoxsa o küçədəki obyektlərin əlindən tərpənmək belə olmurdu.

  4. Jale deyir:

    Düşünurəm ki, çox tədqirə layiq bir addım olar. Bu küçədə nə rahat maşın sürmək, nə də rahat hərəkət etmək olmurdu. Təşəkkür edirik Zakir müəllimə və inanırıq ki, şəhərimizi sevən hər bir kəs bu addımı dəstəkləyir!

  5. Orxan88 deyir:

    “Sülh” küçəsindəki obyektləri ne yaxşı ki sökülür.Mən olsaydım 17 azdı, hamsını sökərdim.Allah göstərməsin bir yanğın hadisəsi baş versə ciddi fəsadları ola bilər.

  6. Aynur Rəhimli deyir:

    Şəhər sakini olaraq görülən bütün işlər mənim ürəyimcədi. Bu xəbəri oxuyanda sonra yaxınlarıma avtodayanacağın tikiləcəyi xəbərini verdim.Maşını olan bütün tanışlarım şükür etdilərki nəyahət bu şəhərdə rahat maşını park edib rahat alış-verış etmək olacaq.

  7. Valeh.M deyir:

    Ne qederki sakinleri dusunen Icra Bascisi sehere rehberlik edecek, rehberlik etdiyi seher de gunden-gune muasirleserek, gozellesecek.Allah Zakir Ferecovun canini sag elesin!

  8. Elvin deyir:

    Şəhər sakini olaraq görülən bütün işlər mənim ürəyimcədi.Bu xəbəri oxuyanda sonra yaxınlarıma avtodayanacağın tikiləcəyi xəbərini verdim.Maşını olan bütün tanışlarım şükür etdilərki nəyahət bu şəhərdə rahat maşını park edib rahat alış-verış etmək olacaq.”Sülh” küçəsindəki obyektlərə gələndə isə ne yaxşı ki sökülür.Allah göstərməsin bir yanğın hadisəsi baş versə çox ciddi fəsadları ola bilər.

  9. Əlinağıyev Cəbrayıl A R -nın əməkdar Həkimi deyir:

    Sumqayıt şəhər İcra Hakimiyyətinin başladığı quruculuq işləri göz qabağındadır.Qısa müddətdə 48 bağçanın tam təmiri, yüzlərlə binanın dam və zirzəmilərin təmir edilməsi,binaların xarici görünüşlərin milli memarlıq üslubunda dəyişdirilməsi , illərlə işləməyən 140 liftin dəyişdirilməsinə başlandığı bu dəyişiklərin necə həyata keçirilməsinin şahidiyik. Sumqayıt şəhərinin giriş qapısı sayılan ” Sülh ” küçəsinin yenidən müasir şəhərsalma tələblərinə və şəhərin Baş planına uyğun yenidən qurulması çoxdan başlanmalı idi . 03 aprel 2003-cü ildə Ulu Öndərimiz Heydər Əliyev şəhərimizdə keçirdiyi “Möhtəşəm Müşavirədə” göstərişlərinin gec də olsa yerinə yetirilməsinə başlanmasına bir Sumqayıt vətəndaşı kimi məni də sevindirir . “Dənizkənarı” parkın yenidən qurulması isə möhtəşəm bir lahiyədir və onun həyata keçiriləcəyinə inanıram və alqışlayıram. Kiminsə obyektinin sökülməsi çox xırda bir işdir və bu barədə müzakirənin aparılmasına ehtiyac görmürəm. Sumqayıt şəhər İcra Hakimiyyətinin açıqlamasını dəstəkləyirəm. Möhtərəm Prezdentimiz İlham Əliyevin göstərişi ilə şəhərimizin başçısı cənab Zakir Fərəcovun başladığı bu möhtəşəm lahiyələri yerinə yetriməyə şəhər sakinlərini əlinnən gələnləri kömək etməyə çağırıram. Zaqafqaziyada təkcə ən böyük sənaye şəhəri kimi yox həmdə dünya sivilizasiyasına tələblərinə cavab verən ən müasir , səliqəli və təmiz şəhərə çeviriləcəyinə inanıram. Uğurlar olsun !!!

  10. Mehemmed deyir:

    Heyder Eliyev prospektinde dejurnida yol qiraginda olan obyektler orada onsuzda Sumqayitda tek tuk arxitektur binalarin qarsisini kesib.dusunurem onlari basqa yere kocurdub o obyektleri sokub binalarin fasadlarini temir etmek lazimdir o nadir arxitektur binalari qorumaq bizim borcumuzdur

  11. Sahil Ələkbərov deyir:

    Baş verən prosseslerə ancaq sevinmək lazımdır. Nə olunursa sakinlərin yaxşılığı üçündür. Səbirsizliklə avtodayanacağın tikilib istifadə verilməsini gözləyirəm.

  12. Abdullah deyir:

    Bu gun Sumqayitda İcra Hakimiyyətini həyata kecirilməyə nəzərdə tutduğu lahiyə illərdi Sumqayıt sakinlərinin tapdanan haqqının bərpasına xidmət edir. Sülh küçəsi boyunca mövcüd sıxlığın aradan qaldırılması üçün yeri həqiqətdə “Avtodyanacaq” olan qanunsuz Cavid ticarət mərkəzinin sökülməsini şəhər əhalisi sevinclə qarşılayır.

  13. Ayka 344 deyir:

    Neçə illərdi sumqayıtlılar bulvar nədi bilmirdilər, görmürdülər. Qısa müddətdən sora öz bulvarımızda istirahət edəcəyik.Belə möhtəşəm yeniliklərin fonunda bir neçe QANUNSUZ

  14. Ayka 344 deyir:

    Neçə illərdi sumqayıtlılar bulvar nədi bilmirdilər, görmürdülər. Qısa müddətdən sora öz bulvarımızda istirahət edəcəyik.Belə möhtəşəm yeniliklərin fonunda bir neçe QANUNSUZ obyektin sökülməsini müzakirə etmək çox gülüncdür.Boş yerə heç kəs heç nəyi sökməz.Sökülürsə deməli ciddi səbəblər var.

  15. Elton Səlimov deyir:

    Bizə park lazım deyil deyən Sülh küçəsinin satıcılarına demək istərdim ki, parkdada ticarət obyektləri olacaq, ordada Sumqayıt əhalisi işləyəcək. Dənizkənarı parkın yenidən qurulması möhtəşəm bir lahiyədir və onun həyata keçiriləcəyini dəstəkləyirəm.

  16. Sevda Tağıyeva deyir:

    Yuxarıda yazılan şərhlərlə razıyam.Xəbərdə deyildiyi kimi bunlar şəhərin baş planına uyğun olmayan, memarlıq və mənzil istismar qaydalarını kobud şəkildə pozan, magistral qaz, su, kanalizasiya borularının və telekommunikasiya xətlərinin üzərində yerləşən obyektlərdi.Bu obyektlərin sökülməsində ancaq xeyir var.Şəhərin küçələri də biraz boşalar.Camaat rahat hərəkət edər.

  17. Vuqar Qurbanov deyir:

    Düşünürəm ki, Sülh küçəsində yerləşən o obyekt sahibləri özləri bu işdə qabağa düşüb söküntü işlərini tezləşdirərməlidirlər. Onlar özləri də yaxşı bilirlər ki, bu obyektlərin orda, kommunikasiya, qaz, su, kanalizasiya xətlərinin üzərində tikilməsi qanunsuzdur. Və çox gözəl bilirlər əgər o binada hər hansı bir yanğın baş versə, onun qarşın almaq mümkün olmayacaq. Onlar ölzləri obyektlərin sökülməsi işində kənara çəkilib şəhərimiz üçün xeyirli bir iş görməlidilər.

  18. Elsen Talibli deyir:

    Zennimce Nizami kimi bazarkom kimi ac goz sahibkarlara ne olursa duz olur. Sheher camaatindan qazanilan milyonlardan sheherede xerclemek lazim idi.

  19. V.Kərimov deyir:

    Bu qanunsuz obyektlərin sökülməsini deyil, tikilməsini problemə çevirmək lazım idi.

  20. Abdullah deyir:

    Bu gün Sumqayıtda hörmətli Zakir müəllimin rəhbərliyi altında, Sumqayıtın yeni tarixi yazılır. Hamıda bilir ki, tarix heç vaxt asan yazılmır. Düşünrəm ki, Sumqyıtı sevən, onun dahada gözəl, müasir, abad olmasını istəyən hər kəs bu işlərdə şəhərimizn Başçısının yanında olmalıdır. Yanında olmalıdır ki, illər sonra bu tarixin yazılmasında yaxından içtirak etdiyi üçün qurur duysun!

  21. Esmira Muradova deyir:

    Abdullah Yeni tarixi yox, En Yeni Tarixi. Abad Sumqayit namine Allah Zakir muellime Sumqayitimizda uzun rehberlik omru nesib etsin.

  22. Vuqar Ahmedov deyir:

    Sülh küçəsi boyunca aparılan bütün işlər, Sumqayıtın keçmiş görünüşnü, daha da gözləl, daha da müasir formada özünə qaytaracaqdır. Odur ki, bir sumqayıtlı olaraq hörmətli Zakir müəllimin həyata keçirdiyi bu işləri dəstəkləyirəm. Və əminəm ki, bu tək mənim yox, Sumqyıtı dğma evi kimi sevən hər kəsin fikridir.

  23. Gulnaz Aliyeva deyir:

    Bu gün bir sumqyıtlı olaraq çox sevinirem ki, şəhərin və şəhər sakinlərinin itmiş haqlarını özünə qaytaran bir insan rəhbərlik edir şəhərimizə . Və Bütün bu lahiyələrin həyata keçirilməsi yalnız və yalnız şəhər sakinlərinin rifahına xidmət edir!

Şərhinizi yazın