Menu
Geri İrəli

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sumqayıt Bulvar” MMC yaradılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Mart 2017 • Baxış sayı: 1,495 dəfə • Şərh yoxdur

sumqayit-bulvari-2Nazirlər Kabineti Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sumqayıt Bulvar” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında qərar verib.

APA-nın məlumatına görə, qərara əsasən Sumqayıt şəhərindəki dənizkənarı bulvarın infrastrukturunun qorunub saxlanılması, ekoloji təhlükəsizliyinin təmin edilməsi, habelə onun idarəetmə sisteminin təkmilləşdirilməsi, ərazidə nəzarətin təmin edilməsi məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sumqayıt Bulvar” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sumqayıt Bulvar” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarəetmə aparatının işçilərinin say həddi 10 (on) ştat vahidi müəyyən edilib. Əmlak Məsələləri Dövlət Komitəsinə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sumqayıt Bulvar” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin təsdiq edilməsi və dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sumqayıt Bulvar” Məhdud Məsuliyyətli Cəmiyyətinə cari il üzrə saxlanılması üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin ehtiyat fondundan 300 min manat vəsait ayrılıb. Maliyyə Nazirliyinə Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın