Menu
Geri İrəli

Sumqayıt şəhər İcra Hakimiyyəti Sülh küçəsinin genişləndirilməsində israrlıdır

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Yanvar 2016 • Baxış sayı: 2,953 dəfə • 1 şərh

1452420981_12511844_10205633146536562_1354059749_nArtıq bir neçə müddətdir ki, Sumqayıt şəhərində Sülh küçəsində yerləşən obyektlərin söküləcəyi ilə bağlı xəbərlər dolaşır və bununla bağlı müzakirələr aparılır. Son günlər baş verən proseslər onu deməyə əsas verir ki, şəhər rəhbərliyi Sülh küçəsinin genişləndirilməsində israrlıdır. Artıq genişləndirmə prosesi üçün ilkin addımların atıldığını da deyə bilərik. Belə ki, bu günlərdə Sülh küçəsinin girişində yerləşən ilk obyektə, “Ucuz market”ə xəbərdarlıq olunub və  artıq sahibkar obyektin boşaldılması ilə məşğuldur. “sumqayitxeber.com”a daxil olan məlumata görə əldə olunmuş razılıq əsasında  obyekti sahibkarın özü sökəcək. ”Ucuz market”in yaxınlığında yerləşən “Turan” restoranının da yaxın günlərdə söküləcəyi bildirilir.

Sosial şəbəkələrdə və şəhər sakinləri arasında apardığımız sorğular göstərir ki, bu qərara münaasibət birmənalı deyil. Bəzi şəxslər küçənin genişləndirilməsi ilə bağlı atılan addımı müsbət qarşılasa da, bu qərardan narazı olanlar da var. Sözsüz ki, küçənin genişləndirilməsi ilə bağlı obyektlərin sökülməsindən ən çox narazı olanlar sahibkarlar və burada çalışanlardır. Bu gün Sülh küçəsində obyekt sahibi olanları bir çox suallar maraqlandırır.

Məsələyə aydınlıq gətirmək üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etdik. Sumqayıt şəhər İcra Hakimiyyətindən “sumqayitxeber.com”a bildirdilər ki, şəhərin baş planına uyğun gəlməyən,  həmçinin tikinti norma və qaydalarına uyğun olmayan, insanların həyatı, sağlamlığı üçün təhlükəli sayıla biləcək obyektlərin sökülməsi gözləniləndir.

Sülh küçəsinin genişləndirilməsi ilə əlaqədar olaraq  obyektlərin sökülməsinə gəlincə Sumqayıt şəhər İcra Hakimiyyətindən bildirdilər ki, şəhərin baş planına uyğun olaraq küçənin genişləndirilməsinə artıq başlanılıb : “Biz obyekt sahiblərinin narahatçılığını anlayışla qarşılayırıq. Çalışırıq ki, hər bir sahibkarla fərdi qaydada danışıqlar aparaq və ortaq razılığa gələk. Amma onu da nəzərə alırıq ki, həmin küçə boyunca yerləşən binalarda yaşayan şəhər sakinləri də obyektlərin mövcudluğundan narahatdır. Belə ki, bu küçədə hər hansı bir fövqaladə hal baş versə, bina sahibləri təhlükə qarşısında qalacaq. Bu küçədə bir çox hallarda yaşayış binalarının arxa tərəfinə giriş qeyri mümkündür. Bununla yanaşı bu küçə boyunca mövcud obyektlərin əksəriyyətinin altından yüksək təzyiqli qaz , su boruları keçir. Təsəvvür edin, hər hansı bir təhlükəli hal yaranarsa vəziyyət necə olar. Bir daha qeyd edirik ki, biz obyekt sahiblərinin maraqlarını da nəzərə almağa çalışırıq. Bu məqsədlə hər biri ilə fərdi qaydada görüşüb danışıqlar aparırıq. Bəzi sahibkarlarla artıq razılıq əldə olunub və özləri obyektlərini boşaldıb və özləri də söküntü işlərini aparacaqlar. Bu obyektlərdə yerləşən icarədarlara da alternativ variantlar təklif  olunacaq.”

 

Facebook Şərhləndirmə:

“Sumqayıt şəhər İcra Hakimiyyəti Sülh küçəsinin genişləndirilməsində israrlıdır” yazısına bir cavab

  1. Mehemmed deyir:

    Bu isleri Heyder Eliyev prospektindede uzu simurq sadliq sarayina teref aparsalar yaxshi olar cunki Prospekt dahi sexsiyyetin adini dasisada o terefler cox baximsiz veziyyetdedi

Şərhinizi yazın