Menu
Geri İrəli

Sumqayıt şəhər Maliyyə İdarəsinin müdiri işdən çıxarıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Oktyabr 2015 • Baxış sayı: 673 dəfə • Şərh yoxdur

icra“Şöhrət” ordenli baş həkim də vəzifədən kənarlaşdırılıb.

Sumqayıtın idarə və müəssisələrində aparılan kadr islahatları davam edir.

Bu dəfə Sumqayıt şəhər Maliyyə İdarəsinin müdiri Süleyman Köçərli tutduğu vəzifədən kənarlaşdırılıb.

Onun yerinə isə idarənin müdir müavini vəzifəsində çalışan Mətləb Möhübbət oğlu Məhərrəmov təyin olunub.

Kadr islahatları səhiyyə müəssisələrindən də yan keçməyib. Belə ki, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi, “Şöhrət” ordenli Vaqif Qəhrəmanov işdən çıxarılıb. Baş həkim vəzifəsinə Rauf Sadıxov təyin olunub.

Qeyd edək ki, Rauf Sadıxov tanınmış həkim İzzət Sadıxovun oğludur. R. Sadıxov 2005-2011-ci illərdə Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri vəzifəsində çalışıb. O, 2009-cu ildə prezidentin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. xeberle.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın