Menu
Geri İrəli

Sumqayıt Şəhər Məhkəməsi həbsdə olan baş redaktoru azadlığa buraxdı

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Mart 2014 • Baxış sayı: 454 dəfə • Şərh yoxdur

Sumqayıt Şəhər Məhkəməsində “İynə” satirik jurnalının həbsdə olan baş redaktoru Baloğlan Mirzəlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

B.Mirzəlinin vəkili Anar Qasımlının APA-ya verdiyi məlumata görə, prosesdə hökm oxunub. Hökmə əsasən, B. Mirzəli 2 il sınaq müddəti təyin olunmaqla 3 il şərti müddətinə şərti azadlıqdan məhrum edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, B.Mirzəli Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü bölməsinin əməkdaşları tərəfindən həbs olunub. O, 26 noyabr 2013-cü il tarixində izahat alınması üçün bölməyə çağırılıb və 28 noyabr 2013-cü il tarixdə haqqında bir ay müddətində həbs-qətimkan tədbiri seçilib. Buna səbəb kimi onun Bakı-Sumqayıt şosesində yerləşən “Turac” kafesinin sahibindən rüşvət istəməsi göstərilib.

B.Mirzəli Cinayət Məcəlləsinin 182.1 (hədə-qorxu ilə tələb etmə) maddəsinə əsasən ittiham olunur.

mehkeme123esas

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın