Menu
Geri İrəli

Sumqayıt Şəhər Məhkəməsində baş redaktorun məhkəmə prosesi davam etdirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Mart 2014 • Baxış sayı: 341 dəfə • Şərh yoxdur

Sumqayıt Şəhər Məhkəməsində “İynə” satirik jurnalının həbsdə olan baş redaktoru Baloğlan Mirzəlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

B.Mirzəlinin vəkili Anar Qasımlının APA-ya verdiyi məlumata görə, prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxsin 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses martın 18-də davam etdiriləcək.

Qeyd edək ki, B.Mirzəli Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü bölməsinin əməkdaşları tərəfindən həbs olunub. O, 26 noyabr 2013-cü il tarixində izahat alınması üçün bölməyə çağırılıb və 28 noyabr 2013-cü il tarixdə haqqında bir ay müddətində həbs-qətimkan tədbiri seçilib. Buna səbəb kimi onun Bakı-Sumqayıt şosesində yerləşən “Turac” kafesinin sahibindən rüşvət istəməsi göstərilib.

B.Mirzəli Cinayət Məcəlləsinin 182.1 (hədə-qorxu ilə tələb etmə) maddəsinə əsasən ittiham olunur.

mehkeme123esas

Facebook Şərhləndirmə:

Şərhinizi yazın