Menu
Geri İrəli

Sumqayıt şəhər Məhkəməsinə yeni təyin olunmuş hakim kimdir?- FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Oktyabr 2017 • Baxış sayı: 1,461 dəfə • Şərh yoxdur
Share Button

88a02dbd8b8657edacd2690198f67796Azərbaycan Prezidenti İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb. 

sumqayitxeber.com xəbər verir ki, Sərəncama əsasən Əliyev Fikrət Hüseyn oğlu Sumqayıt şəhər Məhkəməsinə  hakim təyin olunub. Bundan öncə Fikrət Əliyev  Gəncə Apellyasiya Məhkəməsində çalışıb.

Əliyev Fikrət Hüseyn oğlu:  1963-cü ildə anadan olub. O, 1991-ci  ildə Bakı Dövlət Universitetinin  Hüquq fakültəsini bitirib. 1991-1992-ci illərdə Bakı Qazan Mexaniki Zavodunda hüquqşünas, 1992-ci ildə Müdafiə Nazirliyi Hüquq müdafiə şöbəsinin hüquq məsləhətçisi, Hərbi hüquq şöbəsinin baş zabiti, 1992 – 2000-ci illərdə Füzuli Qarnizonu Hərbi Məhkəməsinin hakimi, 2000 – 2007-ci illərdə Gəncə Hərbi Məhkəməsinin hakimi, 2007-ci ildən  isə Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində çalışıb.

Qeyd edək ki,  Sərəncama əsasən Sumqayıt şəhər Məhkəməsinin hakimi Xəlilova Təhminə Cəmil qızı isə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi təyin olunub.

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın